Haqqımızda

Rəhbərlik Karyera Lisenziya və mükafatlar İnkişaf tariximiz

Anbardar köməkçisi

Vəzifə öhdəlikləri:

• Yoxlanılmış qaimə•fakturaları sistemə daxil edilməsi üçün anbardara təqdim etmək;
• Mallar yoxlanılıb qəbul edildikdən sonra müvafiq anbar rəflərinə yığılması işlərini təşkil    etmək;
• Anbarda məhsulların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini təşkil edən zaman anbar sahələrindən səmərəli istifadə edilməsi, səliqəli saxlanması, materialların axtarılmasının asanlaşdırılması, tezləşdirilməsi amillərini nəzərə almaq;
• Məhsulların  anbara qəbulu zamanı faktiki miqdarını, qablaşdırılmanın vəziyyətini və sənədlərlə uyğunluğunu yoxlamaq, kənarlaşmalar olduqda anbardara və təchizatçıya (tədarükçüyə) məlumat vermək;
• Yükləri yalnız uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra anbara qəbul etmək;

•  Anbardan çıxarılan  və daxil olan məhsulların qeydiyyatını aparmaq;

• Anbara qəbul edilmiş məhsulların keyfiyyətini  yoxlamaq və bu haqda hesabat yazmaq;

• Anbar ilə əlaqəli rəhbərinin digər şifahi və yazılı tapşırıqlarını icra etmək;

Namizədə olan tələblər:

• Ali və ya orta (və ya orta ixtisas) təhsil;
• Azərbaycan dilini yüksək səviyyədə (yazı, danışıq, oxuma) bilməli;
• Dəqiq, səliqəli, diqqətli, məsuliyyətli, çevik və ünsiyyətcil olmalı;
• Komanda daxilind
ə işləməyi bacarmalı;

• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;

• Qarşısına qoyulan hədəfləri yerinə yetirməli;
• MS ofis (MS Word MS Excel) proqramlarından istifadə  təcrübəsi;
• Vəzifə üzrə ən azı 1 il iş təcrübəsinin olması;

İş şəraiti:

•  İş günü: 6 gün (bazar-bayram günləri istirahət) ;
•  AR Əmək Qanunvericiliyinə  uyğun sənədləşmə;
•  Əmək haqqı müsahibə əsnasında müzakirə ediləcək;

•  Əməkdaşlar və ailə üzvləri üçün endirimli tibbi xidmətlər;

Müraciət etmək üçün vakansiyanın tələblərinə uyğun olan namizədlərin hr@saglamaile.az  

e-mail ünvanına  “Anbardar Köməkçisi” qeyd etməklə CV göndərməsi zəruridir.