Sağlam Ailə tibb mərkəzi Həkim-mikrobioloq vakansiyası elan edir:
Namizədə olan tələblər:
• Müvafiq sahə üzrə təhsil;
• Səhiyyə Nazirliyinin Sertifikasiyası;
• Müvafiq sahə üzrə ən azı 5 ilə kimi iş təcrübəsi;
• Müasir laboratoriya avadanlıqları ilə işləmə bacarığı;
• Həkim etikası və deontologiya qaydalarına riayət etmək
• Tibb mərkəzinin rəhbərliyinin əmrlərini, sərəncamlarını və göstərişlərini, eləcə də öz peşəkar fəaliyyəti üzrə normativ-hüquqi aktlarının tələblərini vaxtında və tam həcmdə yerinə yetirmək
• Məsuliyyətli və komandada işləmə bacarığı;
İş barədə məlumat:
• AR əmək məcəlləsinə əsasən sənədləşmə
• 6 iş günü, 1 gün istirahət
Müraciət:
Müraciət etmək üçün CV-nizi hr@saglamaile.az elektron ünvanına “Həkim-mikrobioloq” başlığı ilə göndərməyiniz zəruridir. Müsahibəyə tələblərə uyğun hesab olunan namizədlər dəvət olunacaq.