Haqqımızda

Rəhbərlik Karyera Lisenziya və mükafatlar İnkişaf tariximiz

Şüa diaqnostika üzrə həkim

Vəzifə öhdəlikləri

- Tibbi praktikada icazə verilən müasir diaqnostika, müalicə, reabilitasiya və profilaktika üsullarını istifadə etməklə Şüa diaqnostikası üzrə tibbi xidmət göstərir;

- Pasientlərin şüa diaqnostikası müayinəsinə hazırlanması, müayinənin aparılması;

-  Müayinə protokolunun tərtibi;

- Pasientin müəyyən edilmiş standartlara və qaydalara uyğun müayinə planının təyin edilməsi,

Şüa diaqnostikası müayinəsinin daha rasional üsullarının işlənib hazırlanması və tətbiqi, müasir tibbdə yeni müayinə üsullarının təqib olunması və yeniliklərin tətbiqi;

- Avadanlığının işinə nəzarət, vaxtaşırı texniki baxış və qulluq prosedurlarının keçirilməsinə  nəzarət.

- Tabeçiliyində olan personalın (həkim-assistent, texnik-operator) işinə rəhbərlik edir, onlara vəzifə öhdəliklərinin yerinə yetirilməsində yardım göstərir, avadanlıqlardan, dərman preparatları və sərf materiallarından rasional istifadə, təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir;

- Tibb personalının ixtisasartırma məşğələlərinin keçirilməsində iştirak edir. Öz işini planlaşdırır və fəaliyyətinin göstəricilərini analiz edir. Qəbul olunmuş qaydalara uyğun olaraq tibbi və digər sənədlərin vaxtında və keyfiyyətli aparılmasını təmin edir;

- Sanitar-maarifləndirici iş aparır. Həkim etikası və deontologiya qaydalarına riayət edir. Tibb mərkəzinin rəhbərliyinin əmrlərini, sərəncamlarını və göstərişlərini, eləcə də öz professional fəaliyyəti üzrə normativ-hüquqi aktlarının tələblərini vaxtında və tam həcmdə yerinə yetirir;

-  Daxili nizam-intizam, yanğınəleyhinə təhlükəsizlik və təhlükəsizlik texnikası, sanitar-epidemioloji qaydalara riayət edir. Tibb mərkəzinin fəaliyyətinə, eləcə də onun işçilərinə, pasientlərinə və ziyarətçilərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğınəleyhinə və sanitar qaydaları pozuntularının aradan qaldırılması üçün rəhbərliyin vaxtında məlumatlandırılması daxil olmaqla operativ tədbirlər görür;

-  Həkim etikası və deontologiya qaydalarına riayət edir;

-  Aşkar etdiyi uyğunsuzluqları qeydiyyata alır, öz fəaliyyəti ilə bağlı yaranmış uyğunsuzluqları təhlil edir və cavablandırır.

Tələblər:

-  Sahə üzrə tam ali təhsil;

-  Sahə üzrə Səhiyyə Nazirliyinin tələblərinə müvafiq olaraq sertifikasiya imtahan nəticəsi;

-  Sahə üzrə 5 il iş təcrübəsi.

Müraicət:

E-mail: hr@saglamaile.az ünvanına vakansiya adını mövzu yerinə qeyd etməklə müraciət edə bilərsiniz. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.