Haqqımızda

Rəhbərlik Karyera Lisenziya və mükafatlar İnkişaf tariximiz

Texniki dəstək ( HelpDesk )

Vəzifə və Öhdəlikləri

 - Noutbuk, masaüstü kompüterlər, printerlər və digər şəbəkə avadanlıqları da daxil olmaqla bütün cihaz və proqram təminatlarının   quraşdırılması və yüklənməsini və problemlərin aşkar olunaraq aradan qaldırılmasını təmin etmək.
- Qeyri-standart proqram təminatlarının quraşdırlması zamanı mütəxəssislərə dəstək göstərmək
- Əsas və kənar şirkət ofislərinə yerində və uzaqdan İT dəstək göstərmək.  Ofis xarici və daxilibeynelxalq rabitə çıxışı, internet çıxışının təmin olunması və nəzarət.
- Kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması, şəbəkənin monitorinqi
- Daxil olmuş müştəri sorğularının vaxtında və düzgün həll edilməsini təmin etmək
- LAN/WAN qurğularının quraşdırılması və sazlanmasını təmin etmək
- İstifadəçilərin mobil telefonlarına texniki dəstəyin verilməsini idarə etmək
- PC və noutbuk kompüterlərlə, periferik və şəbəkə qurğularla ilə işləmə bacarığı
- Windows əməliyyat sistemində işləmə bacarığı
- Microsoft Office proqramlarından istifadə təcrübəsi
- Windows Server, Active Directory və Group Policy anlayışından tam xəbərdar olmaq
- Ethernet, IP və şəbəkə cihazlarının iş prinsiplər barədə məlumatlı olmaq

Tələblər:

- Təhsil: Ali və ya orta ixtisas təhsili
- Tələblər: Bu sahədə ən azı min.1 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan, Rus, İngilis dili bilikləri (arzu olunandır)

    - Komandada işləmək bacarığı,
    - Ünsiyyət qurmaq qabiliyyəti,
    - Problemləri düzgün analiz edə bilmə bacarığı

İş şəraiti:

- İş günü: 6 gün (bazar-bayram günləri istirahət) ;
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
- Əmək haqqı müsahibə əsnasında müzakirə ediləcək;
- Əməkdaşlar və ailə üzvləri üçün endirimli tibbi xidmətlər;

Müraciət:

Müraciət etmək üçün vakansiyanın tələblərinə uyğun olan namizədlərin hr@saglamaile.az  e-mail ünvanına  “HelpDesk” qeyd etməklə CV göndərməsi zəruridir.