Haqqımızda

RəhbərlikKaryeraLisenziya və mükafatlarİnkişaf tariximiz

Xəzinədar

"Sağlam Ailə" Tibb mərkəzi Xəzinədar vakansiyası elan edir.

Namizədə olan tələblər:

  • Ali iqtisadi təhsil;

  • Azərbaycan, rus dilləri biliyi - əla;

  • Təcrübə vacib deyil;

  • MS Office proqramlarından istifadə etmək bacarığı;

  • Punktual, aktiv, çevik, ünsiyyətcil, diqqətcil və məsuliyyətli olmalı.

Vəzifə və öhdəliklər:

  • Nağd pul vəsaitlərinin və qiymətli kağızların, onların muhafizəsi qaydalarına mutləq riayət edilməklə, qəbulu, verilməsi, ucotu və saxlanılması uzrə əməliyyatları həyata keçirir;

  • Mədaxil və məxaric sənədləri əsasında xəzinə kitabını aparılmasını həyata keçirir, nağd pul vəsaitlərini və qiymətli kağızları kitabdakı qalıqlarla tutuşdurur;

  • Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil, məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılmasını həyata keçirir;

  • Kassaya toplanan pulun müvafiq bankdakı hesaba mədaxil edilməsini təmin etmək;

  • Mərkəzi bankın təlimatlarına uyğun olaraq, istifadəyə yararsız maliyyə vəsaitlərini tanıyır və belə maliyyə vəsaitlərinin xəzinəyə daxil olmasının qarşısını almaq üçün tədbirlər görür;

  • Müəssisədə nəğd ödənişlərlə bərabər nəğdsiz ödənişlərin icrasını həyata keçirir;

  • Vergi aparatı və pos-terminallardan istifadə.

Şərtlər:

  • Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;

  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır;

  • Şirkət daxili təlim və inkişaf imkanları.

 

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Xəzinədar” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) hr@saglamaile.az elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi