Məqalələr

Sol göz qapağının atması

Göz qapağının qeyri-ixtiyari atması tibbdə "miokimiya" adlandırılır. Əksər hallarda spazm bir gözün aşağı göz qapağında olur, lakin bəzən bu yuxarı göz qapağında da mümkündür.

Bu hal qəfildən başlayır və tez də qurtarır. Bir neçə həftə, hətta bir neçə ay ərzində davam edən zaman həkimə müraciət etmək lazımdır.

Göz qapağında tikin səbəbləri arasında

  • Stress
  • Yorğunluq
  • Yuxusuzluq
  • Göz yorğunluğu
  • Kofein və alkoqollu içkilərin qəbulu
  • Quru göz sindromu
  • Qidalanmada maqnezium və kalsium kimi mikroelementlərin çatışmazlığı  və s. göstərmək olar.

Miokimiyadan əziyyət çəkən insanlar kifayət qədər yatmalı və dincəlməli, gözə olan gərginliyi məhdudlaşdırmalı, stress vəziyyətlərindən uzaq olmalıdır.