Məqalələr

Tez-tez sidik ifrazı

Adətən gün ərzində  sidik ifrazının 4-8 dəfə olması norma sayılır. Gün ərzində 8dən çox və/və ya gecə vaxtı sidiyə çıxmaq həddən çox su içdiyinizin və ya yatmağa yaxın su içdiyiniz əlaməti ola bilər. Həmçinin bəzi sağlamlıq problemlərinə də işarə edə bilər. Əgər sidik ifarazı qızdırma, qarında ağrı,diskomfortla müşahidə olunursa sidik yolu infeksiyası ola bilər. Digər

Mümkün səbəblər:

  • Şəkərli diabet
  • Hamiləlik
  • Prostat problemləri
  • Interstitial sistit
  • Diuretiklərin istifadəsi
  • Insult və ya digər nevroloji problemlər
  • Sidik kisəsi disfunksiyası

Diaqnostika:

Tez-tez sidik ifrazının səbəbini aşkarlamaq üçün

  • sidiyin klıiniki analizi,
  • sistometriya,
  • sistoskopiya,
  • USM müayinəsi aparıla bilər.

Müalicə:

Tez-tez sidik ifrazının müalicəsi onu törədən səbəbdən asılıdır. Məsələn şəkərli diabet zamanı qlükoza səviyyəsinin monitorinqi və normada saxlanılması gərəklidir. Sidik kisəsinin hiperaktivliyi zamanı qidalanma dəyişikliyi, sidik kisəsi əzələlərinin məşq elətdirilməsi müşbət nəticə verir.  Müalicə üçün həkim tərəfindən darifenasin, imipramin, oksibutinin kimi dərman maddələri təyin edilə bilər.

Həyat tərzi dəyişiklikləri və dərman maddələri kömək etmədiyi təqdirdə  botoks və cərrahi müdaxilə nəzərdə saxlanılmalıdır.