Kişilər üçün

Kişilərdə daha çox rast gəlinən xəstəliklər və bədxassəli yenitörəmələrin yayılma statistikasına nəzər salan zaman görürük ki, prostat vəzi xərçəngi III-IV yerdədir. Xəstəlik adətən uzun illər ərzində yavaş-yavaş inkişaf edir. Xəstəlik şiş kütləsinin əhəmiyyətli dərəcədə artması, uretranın sıxılması və sidik axınının pozulması simptomları ilə özünü biruzə verir.

Xəstənin, ağrılı və zəif sidik axını, sidikdə irin və ya qan qarışığı, qarın altındakı boşluq, çanaqdakı narahatlıq, cinsi funksiyaların pozulmasından şikayətlənməsi prostat vəzinin yenitörəməsindən şübhələnməyə əsas verir. Bu simptomlar qeyri-spesifikdir və xoş xassəli prostat vəzin hiperplaziya, sidik yollarının infeksiyası, prostat vəzin iltihabı və cinsiyyət infeksiyası ilə meydana çıxa bilər.

Yenitörəmənin erkən və düzgün diaqnozunun qoyulması vaxtında müalicəyə başlamağa və həyati təhlükəli nəticələrin qarşısını almağa imkan verir. Asimptomatik xəstələrdə prostat vəzi xərçəngi üçün bir neçə risk səviyyəsi müəyyənləşdirilib:

  • Mülayim risk səviyyəsi- ağır irsi anamnezi olmayan sağlam kişilər
  • Artmış risk səviyyəsi - 65 yaşdan yuxarı yaxın qohumlarda (qardaşı və ya atası) prostat vəzi xərçənginin olması
  • Yüksək risk səviyyəsi- istənilən yaşda birdən çox qohumda yenitörəmənin olması

Mülayim risk qrupunda 50 yaşdan, artmış risk qrupunda 45 yaşdan, yüksək risk qrupunda isə 40 yaşdan sonra profilaktik müayinə məqsədilə hər il ərzində 1 dəfə Prostat Spesifik Antigen (PSA) səviyyəsinin müəyyən edilməsi və prostat vəzin barmaq müayinəsinin aparılması tövsiyə olunur.

Prostat xərçəngi diaqnozu üçün ümumi PSA-nın həssaslığı və spesifikliyi yalnız 20-40% -dir. Sərbəst PSA miqdarını təyin edərkən isə göstərici artır. Prostat xərçənginin diaqnozu üçün "Qızıl standart" materialın histoloji müayinəsi ilə prostat vəzin biopsiyasıdır. Ümumi və sərbəst PSA-nın eyni vaxtda təyin edilməsi prostat vəzi xərçəngi və prostat vəzinin digər xəstəliklərini müəyyən etməyə imkan verir.

Prostat vəzinin barmaq müayinəsi ilə birlikdə ümumi və sərbəst PSA səviyyəsinin müəyyən edilməsi, diaqnozu dəqiqləşdirmək üçün prostat vəzinin biopsiyasının məqsədəuyğunluğunu müəyyənləşdirir.

Müayinə üçün göstərişlər

  • Prostat vəzin yenitörəmələrinin skrininq müayinəsi
  • Prostat vəzdən biopsiya götürülməsinin məqsədəuyğun olmasının təyini
  • Prostat vəzi xərçənginin müalicə olunmasının effektivliyinin qiymətləndirilməsi
  • Prostat vəzi xərçənginin diaqnostikası

Müayinə nə vaxt təyin olunur?

  • Pasiyentdə çətin, ağrılı və tezləşmiş sidik ifrazatı şikayəti olduqda
  • 50 yaşdan yuxarı kişilərin planlı müayinəsi zamanı (risk amillərinin olmadığı təqdirdə)
  • 45 yaşında (artmış risk) və 40 yaşında (yüksək risk) PSA >2.5 ng/ml və yaxud yüksək risk olduğu təqdirdə
  • Prostat vəzi xərçənginin müalicəsi zamanı və müalicədən sonra

Ümumi PSA səviyyəsinin artmasının səbəbləri

  • Prostat vəzinin xoşxassəli hipertrofiyası
  • Prostat vəzi xərçəngi (80% hallarda ümumi PSA səviyyəsinin artması qeyd olunur)
  • Prostatit, prostat vəzin travması
  • Cinsi zəiflik
  • Sidik yolların infeksiyası
  • Sidik ifrazatının çətinləşməsi
  • Uroloji prosedurlar

Ümumi PSA səviyyəsinin yalnış artmasına səbəb olan hallar 

  • Prostat vəzin barmaq müayinəsi
  • Prostat vəzin transrektal USM müayinəsi
  • Müayinədən bir neçə həftə öncə prostat vəzin biopsiyası
  • Radioizotop müayinəsi
  • Müayinədən bir müddət öncə aparılan sistoskopiya
  • Sidik kisəsinin kateterizasiyası
  • Sidik yollarında infeksiya olması
  • Müayinədən 24-48 saat öncə eyakulyasiya
  • Cinsi infeksiyalar
  • Velosiped yürüşündən sonra müayinənin aparılması

Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi