Mədəaltı vəz

 Pankreas ya mədəaltı vəzi - onikibarmaq bağırsağın böyük vəzilərindən ikincisidir. Qarın boşluğunun yuxarı hissəsində mədənin və bağırsaqların arxasında yerləşir. Mədəaltı vəzi  qidanın həzm olunmasında iştirak edən və tərkibində fermentlər olan şirə ifraz edir. Fermentlər pankreas hüceyrələrində əmələ gəlir və axacaqlar vasitəsi ilə 12 barmaq bağırsağa acılır. Bundan əlavə pankreas boyu səpələnmiş xüsusi hüceyrələr var ki, bunlar ”Langerhans adacıqları” adlanırlar və bu hüceyrələr insulin və qlukaqon hormonları hazırlayırlar. Bu hormonlar qandakı şəkərin miqdarını tənzimləmək üçün birbaşa qana ifraz olunurlar.

Pankreatit nədir - Pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Pankreatitin yaranmasına daha çox spirtli içki və öd daşları səbəb olur. Bundan başqa virus və ya parazit infeksiyaları, bəzi dərmanların yan təsirləri, mədəaltı vəzidə olan yaralanmalar və cərrahi əməliyyatlar, kalsiumun miqdarının artması və s. səbəblər də mədəaltı vəzinin iltihabına səbəb ola bilər.

Mədəaltı vəzi xəstəlikləri zamanı aşağıdakı şikayətlər ola bilər:

  • Qarının yuxarı mərtəbəsində ağrılar öncə zəif olur və getdikcə artır 
  • Qarında olan ağrılar belə vurur (irradiasiya edir)
  • Yeməkdən sonra ağrılar daha da kəskinləşir
  • Ürəkbulanma
  • Qusma.Qusmadan sonra sakitləşmə qeyd olunmur. 
  • Bəzən qarında gərginlik qeyd olunur və ya qarının şışməsi qeyd olunur.
  • Hərarətin yüksəlməsi və qaşınma
  • Bəzən yuxuculluq, zəiflik və baş ağrıları da qeyd edilir 

Mədəaltı vəzinin daha çox rast gəlinən xəstəliklərindən biri də mədəaltı vəzi xərçəngidir. Beynəlxalq statistik nəticələrə görə pankreas xərçəngi hər 100.000 insandan 8-12-sində  rast gəlinir. 

Mədəaltı vəzi xərçənginin risk faktorları:

  • Siqaret çəkmə
  • Köklük
  • Ailədə xroniki pankreatit tarixçəsinin olması
  • Ailədə pankreas xərçəngi tarixçəsinin olması
  • Ailədə xərçəng riskini artıra biləcək genetik sindromların olması və s.

Mədəaltı vəzi xəstəliklərində xronik intoksikasiyaların (alkoholizm) aradan götürülməsi, rasional qidalanma və dəqiq qida qəbulu rejimi eyni zamanda xəstəliyin vaxtında müalicəsi vacibdir.

(+994 55)4000910 whatsapp və (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.