Ümumi

Əgər uzun müddətdirsə ki profilaktik yoxlanılmalardan keçmirsiniz, Vaksinasiya öncəsi mütləq həkimə yaxınlaşıb müəyyən müayinələrdən keçməniz məsləhət görülür.
Laborator testlər(  qanın kliniki analizi leyfkaformula ilə birlikdə, ümumi bilirubin, kreatinin) hematoloji xəstəlikləri müəyyən etmək, qaraciyər və böyrəkləri yoxlamaq , iltihabi vəziyətlərin varlığını bilmək üçün verilə bilər. Həmçinin allergik həssas insanlar üçün allergiyanın səviyəsini bilmək üçün İgE analizi verilə bilər.
Qanın kliniki analizi orqanizm haqqında ümumi məlumat verir(anemiyalar,iltihabi prosesin gedişi və s.). Bura leykositlər, eritrositlər, hemoqlobin, trombosit göstəriciləri və EÇS daxildir.

Kreatinin adətən böyrək xəstəliyi və ya böyrək çatışmazlığının diaqnozu və təqibi üçün verilən, çox vaxt qanda yoxlanılan bir analizdir. Böyrək işinin normal olub olmadığını öyrənmək üçün edilən testlərdən biridir.

Bilirubin qaraciyərdə sintez olunan bir maddədir. Qanda bilirubin səviyyəsinin təyini, müxtəlif mənşəli qaraciyər zədələnmələrini, öd yollarının tıxanmasını, hemolitik anemiyanı və yenidoğulmuş uşaqların  sarılığını aşkar etmək üçün istifadə olunur.

IgM əkscisimləri xəstəliyin başlamasından sonra  5-7-ci sutkada əmələ gəlir. Bu əkscisimlərin qanda aşkar olunması hal-hazırda olan infeksiyanı əks etdirir. Sağaldıqca bu əkscisimlərin səviyyəsi də azalır. Təxminən 1-1,5 ay orqanizmdə qalır.

IgG əkscisimlərin sintezi isə daha sonra başlayır və keçirilmiş infeksiyadan 10-14 gün sonra maksimum səviyyəyə çatır. COVID-19-a qarşı IgG aşkar edilməsi virusa yoluxmuş şəxsin sağalma mərhələsində olması və ya daha öncə Koronavirus infeksiyasına yoluxmasından xəbər verir.

Əgər insanda eyni zamanda həm IgM, həm də IgG əkscisimləri təyin olunarsa, xəstəliyin asimptomatik gedişatı qeyd edilir və yoluxmanın 10-14 gün əvvəl baş verdiyi ehtimal olunur. Bu müddət ərzində infeksiyanın başqalarına ötürülmə riski yüksəkdir. İzolyasiya qaydalarına riayət etmək tövsiyə olunur.



Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz