Qaraciyər (hepatoloji)

Qaraciyər bədənimizin ən böyük orqanı olub qarın boşluğunun sağ üst hissəsində,qabırğaların altında yerləşərək orqanizim üçün çox vacib funksiyalar yerinə yetirir. Anatomik olaraq sağ və sol paylardan ibarət olan qaraciyərin çəkisi təxminən 1200-1600qr təşkil edir.

Araşdırmalara əsasən qaraciyər orqanizimdə karbohidrat,lipid,protein, bilirubin,dərman metobolizmasında iştirak etməklə detoksikasiya,depo və s. təxminən 500-dən çox funksiyanı icra edir. Buna görə də bu orqanın işində yaranmış hər hansısa bir pozğunluq bütün orqanizmə öz mənfi təsirini göstərir.

Qara ciyər xəstəlikləri adətən, uzun müddət ərzində özlərini büruzə vermirlər. Bilirik ki, hər hansısa orqanda nasazlıq olmasının əsas əlaməti ağrı hesab olunur. Bir çox hallarda məhz ağrının olması bizi həkimə müraciət etməyə məcbur edir. Lakin, qara ciyərdə ağrı reseptorları olmadığından qaraciyərdə hər hansı bir patoloji proses baş versə  da, siz heç bir ağrı hiss etməyəcəksiniz. Ağrı yalnız, qara ciyərin böyüməsi nəticəsində, onun kapsulasının (xarici qişası) dartılması ilə meydana çıxa bilər. Qara ciyərdən fərqli olaraq onun xarici qişasında sinir hüceyrələri mövcuddur. Buna görə sağ qabırğaaltı nahiyyədə ağrıların olması, qara ciyərin hər hansısa patoloji prosesə məruz qalmasının əlaməti ola bilər.

Qaraciyər xəstəliklərində daha çox rast gəlinən əlamətlər:

  • Ürəkbulanma
  • Qarın nahiyyəsində və daha çox sag qabırğaaltı hissədə ağrı
  • Sarılıq
  • Qızdırma
  • Rəngsiz (axolik) nəcis ifrazı
  • Qaşınma
  • Qanaxma və dəridə olan göyərmələr və s.

Qaraciyərin infeksion və qeyri-infeksion olmaqla bir sıra xəstəlikləri var. Siz paketə daxil olan müayinələrdən keçməklə qaraciyərin funksional vəziyyətini öyrənə bilərsiniz.

(+994 55)4000910 whatsapp və (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.

Digər Check-up paketlər