Qaraciyərin autoimmun testləri

Qaraciyər orqanizmdə ən böyük daxili orqan olmaqla birlikdə 500-dən çox vacib funksiyalar yerinə yetirir. Tək onu demək kifayətdir ki, qəbul etdiyimiz dərman maddələri, alkoqol  və digər toksinlərin zərərsizləşdirilməsini, enerji ehtiyatının depolanmasını, öd ifrazını qaraciyər həyata keçirir. Ona görə də qaraciyərin vəziyyəti profilaktik olaraq dəyərləndirmək mütləqdir.