Massaj

Müalicəvi massaj geniş  istifadə olunan terapiya növüdür. Bütün dünyada müxtəlif xəstəliklərin, travmaların müalicəsi üçün tətbiq olunur.  Xəstəliyin növü və ağırlığından asılı olaraq massaj həm  tək, həm də kompleks müalicənin tərkib hissəsi kimi çıxış edə bilər.

Müalicəvi massaj istifadə olunan texnikadan və tətbiq olunan nahiyədən  asılı olaraq növlərə bölünür: avropa massajı, nöqtəvi müalicəvi massaj, periostal massaj, birləşdirici toxuma massajı, reflektor massaj və s.

Massajın effektliliyinin sübut olunduğu patologiyalar:

  • Nevrit, nevralgiyalar
  • Güclü baş ağrıları
  • Nəfəs yollarının xəstəlikləri
  • Piylənmə
  • Yastıpəncəlik
  • Oynaqların iltihabı prosesləri
  • Dayaq-hərəkət sisteminin xəstəlikləri
  • Ürək-damar sistemi xəstəlikləri
  • Yüksək arterial təzyiq
  • Ateroskleroz, osteoxondroz
  • Sınıq, çıxıq, travma sonrası funksional pozğunluqlar və s.

Massaj öncəsi  ümumi qaydalar:

  • Müalicəvi massaj  peşəkar mütəxəssislə məsləhətləşməmiş olunmamalıdır.  Çünki düzgün olunmadıqda orqanizmə fayda deyil, əksinə ziyan vura bilər.  Xəstəliyi daha da kəskinləşdirə bilər. 
  • Massaj birdəfəlik prosedur deyildir, kursla müalicə alınmalıdır. 1 kursa 10-15  massaj seansı daxildir.
  • Massajın periodikliyini həkim xəstəliyin xarakter və dərəcəsinə əsaslanaraq təyin edir. Bəzi hallarda müalicəvi massaj hər gün, digərlərində isə gün aşırı və ya həftədə 2 dəfə aparılır.
  • Müalicəvi massaj zamanı hər bir pasiyentə individual yanaşılmalıdır, yaş, xəstənin ümumi vəziyyəti, yanaşı gedən xəstəlikləri nəzərə alınmalıdır.
Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi