Urologiya

Ümumi məlumatHəkimlər

Urologiya - kişi və qadın sidik-cinsiyyət sistemində mövcud olan xəstəliklərin etiopatogenezi, diaqnostikası və müalicəsi ilə məşğul olan tibbin bir bölməsidir.

Urologiyanın aşağıdakı bölmələri var:

Andrologiya-kişi cinsiyyət orqanlarının inkişafı və bu orqanlarda infeksiyaların törətdiyi xəstəliklərləməşğul olur. Bu xəstəliklərə, anadangəlmə problemlər (uşaqlarda fimoz), iltihabi proseslər (prostatit, uretrit, sistit ) və törəmələr aidddir.

Uroginekologiya-uroloji və ginekoloji xəstəliklərin bir-biri ilə əlaqəsini öyrənir.

Uşaq urologiyası-uşaqların sidik-cinsiyyət orqanlarının inkişafı və bu orqanlarda olan xəstəliklərlə məşğul olur.

Qeriatrik urologiya-ahıl yaşda olan insanların sidik cinsiyyət orqanlarında problemlərin diaqnostika və müalicəsi ilə məşğul olur.

ELT

Aparatın təyinatı:

  • Cinsi fəaliyyətin pozulması ilə fəsadlaşmış prostat vəzinin, toxum kisəciklərinin, uretranın xroniki iltihabı xəstəliklərin müalicəsi;
  • Müalicə patologiya nahiyəsinə kompleks təsir yolu ilə təmin olunur: dörd dalğalı lazer şüalanması, bipolyar (ikiqütblü) stimullaşdırıcı elektrik impulsları, daimi maqnit sahəsi;
  • Müalicənin effektivliyi təsir parametrlərinin fərdi seçilməsi və onların pasientin nəbzi ilə sinxonizasiyası (uyğunlaşdırılması) yolu ilə əldə olunur.

Fərqləndirici xüsusiyyətləri:

  • Rejimlərin və kanalların idarə olunması personal kompüter və əlavə idarə pultu ilə yerinə yetirilir.
  • Avtomatlaşdırma sayəsində prosedur göz önündə aparılır.
  • Aparılmış prosedurların parametrləri avtomatik sənədləşdirilir.
  • Müstəqil proqramlaşdırma imkanı və yaradılmış müalicə alqoritmi yaddaşda saxlanılır.

Aparatın təyinatı:

Kişi cinsi orqanının (penisin) kavernoz cismlərinin damar aparatında degenerativ dəyişiklərin aradan götürülməsi, prostat vəzinin qan təhcizatını və trofikasını (qidalanmasını) yaxşılaşdırılması.

Varikosel nədir?

Varikosel-kişi sonsuzluğunun əsas səbəblərindən biridir. Sonsuzluq şikayəti ilə müraciət edən kişilərin 40%-da, ümumi populyasiyanın 15-20%-də , Amerikada hərbi xidmətə gedənlərin isə 20%-də varikoselə rast gəlinir. Varikosel xayalardan çirklənmiş qanı geri daşıyan damarların hədsiz genişlənməsi nəticəsində qanın geri axmasıdır. Nəticədə xayalarda qan dövranının pozulması skrotal temperaturun və toksik maddələrin artması, spermatogenezin pozulmasına (spermanın sayının, hərəkətliliyinin və morfologiyasının) və sonsuzluğa səbəb olur. Bəzən varikosel olan xaya və xayaətrafı nahiyədə ağrı olur. Uşaqlarda və yeniyetmələrdə varikoselin olması xayaların inkişafını ləngidir, bu isə spermatogenezi dayandırır. Varikosel nə qədər uzun müddət davam edərsə, mənfi təsiri də bir o qədər çox olur. Bunu nəzərə alaraq, varikosel diaqnozu qoyulan zaman, mikroskopik əməliyyata göstəriş olan pasientlərin qısa zaman ərzində müalicə olunması tövsiyyə olunur. Gənc yaşlarda ailə quran, varikoselin təsirinə məruz qalmadan 1 övlad sahibi olan, lakin uzun illər 2-ci uşaq sahibi ola bilməyən kişilərin 70%-də varikoselə rast gəlinir.

Varikosel hansı şikayətlərə səbəb olur?

Varikosel əsasən xayalarda şişkinlik, ağrı və sonsuzluqla müşahidə olunur. Uzun müddət ayaqda duran zaman, ağır işlər gördükdə ağrılar arta bilir.

Diaqnozu necə qoyulur?

Varikosel fizik müayinə zamanı gözlə görülə, əllə hiss edilə bilir və ehtiyac olan hallarda doppler ultrasəs müayinə (reflüksün olması) ilə müəyyən olunur. Əsasən sol tərəfli, bəzən sağ tərəfli, az hallarda iki tərəfli olur.

Varikoselnə vaxtmüalicə edilməlidir?

Varikosel müalicə edilə bilən bir patologiyadır. Spermaqrammada olan dəyişikliklər (sperma sayının, hərəkətliliyinin azalması və morfologiyasının pozulması) qeyd olunur, ən az 2 patoloji spermaqrammanın olması, infertil (sonsuzluq) şikayətinin olması, hormonlardakı dəyişikliklər, əsasən FSH (follikul stimullaşdırıcı hormon) və T- nun (testosteron) miqdarının dəyişməsinə fikir verilməlidir. Yüksəlmiş FSH zamanı varikoselin müalicəsi çox az effektli olur. Qeyd edilən hallar kompleks halda görüldüyü zaman varikosel müalicə edilməlidir. Uşaqlar və yeniyetmələrdə isə varikosel olan xayanın digərinə nisbətən 20% həcm itkisinin olması müalicə üçün əsas göstərişdir.

Hansı üsulla müalicə olunur ?

Varikoselin medikal (dərman) müalicəsi yoxdur, yeganə müalicəsi cərrahi üsuldur. Bu günə qədər istifadə olunan cərrahi üsullardan yalnız mikroskopik cərrahiyə dünya üzrə qəbul edilmişdir. Mikroskopik cərrahiyyə varikoselin müalicəsi üçün 99% effektli bir üsuldur və bu əməliyyat yalnız uroloq-androloq tərəfindən aparılmalıdır. Qasıq nahiyəsində kiçik bir kəsiklə əməliyyata başlanılır, 8 dəfə böyütmə qabiliyyətinə malik mikroskop altında genişlənmiş damarlar bağlanılır. Əməliyyatdan sonra iki günlük istirahət və bir müddət cinsi əlaqədən qorunma kifayət edir. Əməliyatdan 3 ay sonra ilk spermaqrammanın, 6 ay sonra 2-ci analizin verilməsi tövsiyyə olunur. Hamiləliklərin böyük əksəriyyəti əməliyyatdan 5-6 ay sonra olur.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi