Haqqımızda

Rəhbərlik Karyera Lisenziya və mükafatlar İnkişaf tariximiz

Tibb bacısı

Sağlam Ailə tibb mərkəzi  Tibb bacısı vakansiyası elan edir:

Vakant vəzifə haqqında:

• Müayinə üçün pasientlərdən biomaterial götürür, materialı pasientin şifrinə uyğun olaraq markirə edir və biomaterialın qəbul otağına ötürür;
• Lazım gəldiyi hallarda pasientlərə həkimə qədərki mərhələdə ilkin tibbi yardım göstərir;
• Həkimin göstərişlərinə uyğun olaraq dərman preparatlarını yeridir;
• Manipulyasiya otağında sanitar-epidemioloji rejimə riayət edir; 

Namizədə olan tələblər:

• Müvafiq sahə üzrə təhsil;
• Sertifikasiya şəhadətnaməsi;
• Azərbaycan və rus dillərini bilməsi;
• Məsuliyyətli və  komandada işləmə bacarığı;

İş təcrübəsi:

      • ən azı 3 il tibb bacısı kimi iş təcrübəsi;

İş şəraiti:

      • AR əmək məcəlləsinə əsasən sənədləşmə

Müraciət etmək üçün CV-nizi hr@saglamaile.az elektron ünvanına “Tibb bacısı “ başlığı ilə göndərməyiniz zəruridir. Müsahibəyə tələblərə uyğun hesab olunan namizədlər dəvət olunacaq