Haqqımızda

Rəhbərlik Karyera Lisenziya və mükafatlar İnkişaf tariximiz

Satış təmsilçisi

Sağlam Ailə tibb mərkəzi  Satış təmsilçisi vakansiyası elan edir:

Vakant vəzifə haqqında:

• Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi, potensial müştərilərin müəyyənləşdirilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;
• Danışıqların aparılması və yeni əməkdaşlıq müqavilələrinin bağlanması;
• Müştərilərin tələblərini nəzərə alaraq onlara köməklik göstərmək və onları maraqlandıran bütün suallar ətrafında geniş məlumat vermək;
• Müştərilərlə görüşlər keçirmək, təqdimat və təkliflər hazırlamaq;
• Satış aksiyaları və kampaniyalar haqqında müştəriləri məlumatlandırmaq

Namizədə olan tələblər:

• Ali təhsili olan (tibbi təhsili olanlara üstünlük verilir);
• Xanım və bəy namizədlər
• Dil bilikləri olan (Rus dilində danışıq bacarığı, İngilis dili arzu olunan);
• MS Office proqramlarını bilən;
• Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı olan;
• Karyerasını satış sahəsində qurmaq istəyi olan;
• Biznes etikası və biznes görünüşə sahib olan;
• Müştərilərlə sıx və yüksək səviyyəli münasibət qura bilən;
• Analitik düşünmə qabliyyəti olan;
• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı olan;
• Ünsiyyət tərzi ilə müştəriləri cəlb etmə və inandırmaq bacarığı olan;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi olan;

İş təcrübəsi:

Satış sahəsində ən az 2 il iş təcrübəsi olan (tibbi avadanlıq, tibbi material, tibbi xidmətlər. və s.);

İş şəraiti:

AR əmək məcəlləsinə əsasən sənədləşmə

Müraciət etmək üçün CV-nizi 26.11.2019-cu il tarixinədək hr@saglamaile.az elektron ünvanına Satış təmsilçisi “ başlığı ilə göndərməyiniz zəruridir. Müsahibəyə tələblərə uyğun hesab olunan namizədlər dəvət olunacaq.