Kardiologiya

?> Ümumi məlumat ?> Xidmətlər ?> Həkimlər

Elektrokardioqrafiya (EKQ)

Ürək-damar sisteminin funksional diaqnostika metodları arasında ən geniş yayılanı elektrokardioqrafiyadır (EKQ). EKQ-nin köməyi ilə ürəkdə baş verən və baş verə biləcək patalogiyaların haqqında öncədən məlumat almaq mümkündür. Prosesin icra olunması sadə olsa da ürək-damar patalogiyalarında olduqca informativdir.

Elektrokardioqrafiyada xüsusi cihazın – elektrokardioqrafın köməyi ilə aparılır. Cihazın elektrodları əllərə, ayaqlara və döş qəfəsinin ön hissəsinə yerləşdirilir. Bu elektrodların keçiriciliyi xüsusi EKQ geli və yaxud spirtli pambıqla artırıla bilər. Prosedur ağrısızdır, bəzən elektrodlar qoyulan sahədə azacıq ağrı hissi ola bilir. Bəzi hallarda elektrodların yerində qızartı əmələ gələ bilər.

EKQ zamanı ürək ritmi və oyanıqlıq kimi funksiyaların vəziyyəti yoxlanılır, nəticədə isə, ürək çatışmazlığına səbəb olan müxtəlif patalogiyalar vaxtında aşkarlanır. EKQ nəticələrinə əsasən həkim kardioloq zədənin (nekroz, işemiya, hipertrofiya və s.) ürəyin hansı hissəsində olduğuna dair ilkin fikir irəli sürür.

Elektrokardioqrafiya mütləq profilaktik tədbir olub, kişilərdə 30, qadınlarda isə 35 yaşdan sonra ən az ildə bir dəfə aparılması tövsiyə olunur.

Exokardioqrafiya

Exokardioqrafiya ürəyin ultrasəs dalğaları vasitəsi ilə müayinəsi metodudur. Exokardiografiya cihazı əldə edilən görüntülərin izlənildiyi bir ekrana sahib olan bir hissəyə naqil ilə bağlı adına "probe" deyilən bir ucluqdan ibarətdir. Probe xəstənin sinəsində, ürəyə uyğun gələn bölgəyə tutulur. Bu probedən çıxan "ultrasəs" dediyimiz qulağımızla eşidə bilməyəcəyimiz qədər yüksək tezlikdə səs dalğaları xəstənin döş qəfəsinin divarı, sonra da ürəyin əzələ və boşluqları boyunca irəliləyər. Hər qatda səs dalğalarının bir qisimi qatı keçib irəliləyərkən, bir qisimi də geri əks olunur. Hər qatda əks olunan dalğalar təkrar probe tərəfindən toplanır. Test ana cihaza bağlayan naqildən irəliləyər və ana alət bu dalğaları bir görünüş halına gətirər. Bu görünüşdə ürəyin dörd boşluğunu, qapaqcıqların vəziyyətini, aortanın və aorta qapağının vəziyyətini, qapaqcıqlar boyunca qanın hərəkətini və qapaqcıqlardaki öncə qaçmaları müşahidə etmək mümkündür.