Qastroenterologiya

?> Ümumi məlumat ?> Həkimlər

Qastroenterologiya sahəsində həzm sisteminin quruluşu və funksiyaları, həmçinin xəstəlikləri, onların müalicə və profilaktikası aparılır.

Kliniki qastroenterologiya – həzm sisteminin müxtəlif şöbələrinin xəstəliklərini, müalicə və profilaktikasını əhatə edir.  Bu sistemə qida borusu, mədə, onikibarmaq bağırsaq və nazik bağırsağın digər şöbələri, yoğun bağırsaqlar, həmçinin hepatologiya bölməsində birləşdirilən – qaraciyər, öd kisəsi, ödçıxarıcı yollar, mədəaltı vəz daxildir.

Hepatologiya – qastroenterologiyanın ayrılmaz bir bölməsi olub, qaraciyər, mədəaltı vəz, öd kisəsi-ödçıxarıcı yolların xəstəliklərini, onların müalicə və profilaktikasını öyrənir.

Qastrohepatologiya –həzm sisteminin müxtəlif orqanlarının xərçənginin, öd kisə və ödçıxarıcı yollarda daş və şişlərin, bağırsağın qurd xəstəliklərinin, qaraciyərin infeksion xəstəliklərinin aşkarlanması və pasiyentin müvafiq mütəxəssisə yönləndirilməsi istiqamətində  diaqnostik əhəmiyyət daşıyır.

Qida borusu xəstəlikləri

  • Axalaziya
  • Reflüks və ya başqa səbəbdən yaranan ezofagit
  • Barret qida borusu
  • Diaqfraqmanın qida borusu dəliyinin yırtığı

Mədə xəstəlikləri

  • Qastrit
  • Xora xəstəliyi
  • Müxtəlif dispepsiya halları (ürəkbulanma, qıcqırma və gəyirmə kimi əlamətlərlə gediş alan xəstəliklər)
  • Mədə sallanması
  • Motorika pozuntuları

Onikibarmaq bağırsaq xəstəlikləri

  • Duodenit
  • Xora xəstəliyi
  • Spazmlar

Nazik bağırsaq xəstəlikləri

  • Müxtəlif fermentativ çatışmazlıqlar zamanı rast gəlinən xəstəliklər (Məs., Seliakiya)
  • Sorulma pozuntuları, divertikulları

Yoğun bağırsaq xəstəlikləri

  • Kolit
  • Qıcıqlanmış bağırsaq sindromu
  • Qeyri-spesifik xoralı kolit
  • Kron xəstəliyi
  • Bağırsaq disbakteriozu
  • İshal və qəbizliklə gediş alan xəstəliklər

Qaraciyər xəstəlikləri

  • Metabolik və viruslu hepatitlər
  • Hemangiomalar
  • Autoimmun hepatit
  • Qaraciyərin alkohol xəstəliyi
  • Qaraciyər piylənməsi
  • Qaraciyərin dərmanlarla zədələnməsi
  • Hemaxromatozlar

Öd kisəsi və ödçıxarıcı yolların xəstəlikləri

  • Xolesistit
  • Xolangit
  • “Öd durğunluğu” ilə müşayiət olunan irsi və qazanılmış xəstəliklər

Mədəaltı vəzin xəstəlikləri

  • Mədəaltı vəzin müxtəlif iltihabi xəstəlikləri
  • Ekzokrin disfunksiyaları