Rentgenoqrafiya

?> Ümumi məlumat ?> Həkimlər

Rentgen müayinəsi çoxdan istifadə olunan etibarlı instrumental müayinə üsuludur.  Bir-çox xəstəliklərin diaqnostikası, monitorinqində istifadə olunur.  Xüsusilə sümük patologiyaları, ağciyər xəstəlikləri, həzm sistemindəki dəyişikliklərdə rentgen tövsiyə oluna bilər. Rentgen zamanı bədən görüntüsünün əldə edilməsi üçün  az miqdarda şüalanma istifadə olunur.  Bu şüalanma yetkin insanlar üçün  zərərsizdir, lakin hamilə xanımlar rentgen müayinəsindən öncə öz həkimləri ilə məsləhətləşməli və mümkün olduqda alternativ müayinə üsulu seçməlidirlər.

Rentgen müayinəsi üçün xüsusi hazırlıq tələb olunmur,  rentgen çəkilən zaman sadəcə hərəkətsiz dayanmaq laızmdır ki, şəkillər mümkün qədər aydın alınsn.  Həzm sisteminin müayinəsi  üçün kontrast maddənin qəbul edilməsi lazımdır.