Infolab

Hepatit B ötürülür / ötürülmür

Hepatit B ötürülür:

• Doğuş zamanı anadan körpəyə;
• İnyeksion narkotik istifadəçisi ilə eyni iynəni istifadə etdikdə;
• Virusa yoluxmuş şəxslə qorunmamış cinsi əlaqədə olduqda;
• Xəstənin diş fırçasından və ya ülgücündən istifadə etdikdə;
• Tibbi və ya stomatoloji xidmət zamanı alətlər düzgün sterilizə olunmadıqda;
• Virusa yoluxmuş insanın qan izi olan iynədən tatuaj və ya pirsinq üçün istifadə etdikdə;
• Hepatit B virusuna yoluxmuş donorun qanı köçürüldükdə;
• Açıq yaradan, kəsikdən və ya sıyrıntıdan virusa yoluxmuş insanın qanı ilə təmasda olduqda.

Hepatit B virusu aşağıda sadalananlarla ötürülmür:

• Ana südü ilə
• Yemək hazırladıqda və birlikdə yedikdə
• Qab-qacaqdan
• Qucaqlaşdıqda və öpüşdükdə
• Asqırdıqda və ya öskürdükdə