Laboratoriya

?> Laboratoriya haqqında ?> Keyfiyyətə nəzarət ?> İstehlakçı hüquqları ?> Məmnunluq anketi

"Sağlam Ailə" Tibb Mərkəzinin laboratoriyası 2003-cü ildən fəaliyyət göstərir. İSO 9001:2008, İSO 15189:2012 keyfiyyət və akreditasiya sertifikatlarını almış “Sağlam Ailə” tibb mərkəzində 6000-dən artıq müxtəlif növdə laborator müayinələr həyata keçirilir. Laboratoriya Yaponiya, ABŞ, Almaniya və s. ölkələrin aparıcı şirkətlərinin istehsalı olan yüksək texnologiyalı və keyfiyyətli avadanlıqlarla təchiz olunmuşdur.


Hər gün yüzlərlə pasientin müraciət etdiyi laboratoriyada, müayinələrin ayrıca təlimatı hazırlanır və analizlər həmin təlimat əsasında həyata keçirilir.


Sirr deyil ki, laborator müayinənin nəticələri yalnız analitik mərhələdən ibarət deyil. Düzgün nəticə əldə etmək üçün preanalitik, analitik və postanalitik inkişaf mərhələlərinə xüsusi diqqət yetirilməlidir. Belə ki, pasientin dəqiq və düzgün nəticə əldə etməsi üçün hər üç mərhələ düzgün təşkil olunmalı, nəticəyə təsir edə biləcək bütün məqamlar öncədən düşünülməli və aradan qaldırılmalıdır.

Preanalitik mərhələdə ən vacib  və həssas məqamlardan biri biomaterialın götürülmə şəraiti, onun analitik mərhələyə daxil olanadək saxlanılması və daşınması şərtlərinə düzgün əməl olunmasıdır. Hər bir müayinənin aparılması üçün biomaterialın götürülmə təlimatlarına ciddi riayət olunur. Müayinə materiallarının əldə edilməsi üçün ətraf mühit və personalla təmasda olmayan tam steril vakuumlu sistemlərdən istifadə olunur. Pasient üçün daha təhlükəsiz olan bu üsul,  həm də keyfiyyətli biomaterialın əldə edilməsini təmin edir. Avtomatlaşdırılmış ştrixkodlaşma sayəsində nümunələr  yalnız həmin pasientə məxsus olan kodla markirə olunur. Bu biomaterialların kodlaşdılırılması zamanı yarana biləcək səhvləri heçə  endirir aradan qaldırır.

Bundan sonra artıq müayinənin analitik mərhələsi başlayır. Bu mərhələdə keyfiyyətə təsir edə biləcək amillərin çoxluğu (müayinə aparılan avadanlıqların sazlığı, reaktivlərin keyfiyyəti, laboratoriya şəraiti və s.) nəzərə alınaraq müayinənin bütün mərhələləri beynəlxalq standartlar əsasında hazırlanmış  prosedur və təlimatlara ciddi riayət olunmaqla aparılır. Laboratoriyamızın hər üç bölməsində bütün müayinələrə hər gün, ehtiyac yaranarsa gün ərzində bir neçə dəfə kontrollar qoyulur.

İnteqrasiya sistemi vasitəsilə müayinə və analizlərin nəticələri birbaşa kompüter-məlumat bazasına daxil edilir. Müayinələrin nəticələri bir neçə yoxlama mərhələsindən keçir. İlkin nəticə həkim-laborantın nəzarətindən, II mərhələ laboratoriya müdirinin və III mərhələ keyfiyyət menecerinin nəzarətindən keçir ki, bu sistem biomaterialın götürülməsi anından başlayaraq, nəticələr hazır olana qədər hər bir materialın keçdiyi yolu yenidən izləyir. Yalnız bütün kriteriyalar üzrə nəzarətdən keçmiş nəticələr pasientə təqdim olunur.