Tədbirlər

ISO 9001:2015 - Keyfiyyəti İdarəetmə Sisteminin Standartı

2003-cü ildən etibarən fəaliyyət göstərən və dinamik şəkildə inkişaf edən Sağlam Ailə Tibb Mərkəzinin əsas dəyərlərindən biri də “Məsuliyyət”dir.

Məhz bu səbəbdən, məsuliyyətimizi dərk edərək daima yüksək keyfiyyətli və beynəlxalq standartlara uyğun xidmət göstərmək üçün çalışırıq.

Bu istiqamətdə atdığımız addımlardan biri də əməkdaşlarımızın mütəmadi şəkildə təlimləndirilməsidir. 13-15 Fevral 2020-ci il tarixlərində menecer heyətimiz “ISO 9001:2015- Keyfiyyəti İdarəetmə Sisteminin Standartı” mövzusunda təlim kursunda iştirak etmişdir.