Infolab

AKNE- Tük follikullarının və piy vəzilərinin iltihablaşması

Akne hansı səbəblərdən əmələ gəlir?


Cinsi yetkinlik dövründə həm qız, həm də oğlanların orqanizmi kişi cinsi hormonu hazırlamağa başlayır. Bu hormon piy vəzisini daha çox piy ifraz etməyə məcbur edir. Məhz bu piy onlar üçün qidalı mühitin içərisində bakteriyalar inkişaf etməyə başlayır. Adətən, yeniyetmələrdə olan bu sızanaqlar cinsi inkişaf dövrünün sonunadək təmizlənir.
Dəridə sızanaqların əmələ gəlməsinin digər səbəbləri;
• dəriyə düzgün və kifayət qədər qulluq edilməməsi
• mikroblar tərəfindən törədilən iltihabi proseslər
• daxili orqanların xəstəlikləri
• immunitetin zəifləməsi
• qeyri-düzgün qidalanma
• bəzi dərman preparatları
• çirkli əllərlə dəriyə toxunmaq
• dekorativ kosmetik vasitələri
• stress və s.
Əgər sizin dəriniz sızanaqların inkişafına meyllidirsə, Dermatoloq göstərişinə əsasən Qanın kliniki analizi, Sərbəst testosteron və Prolaktin analizləri vasitəsilə bunun səbəbini öyrənə bilərsiniz.

Ətraflı məlumat üçün: (012) 910