İnfolab

C Reaktiv Zülal (CRP) nədir?

CRP nədir?

CRP (C-reaktiv protein) qaraciyərdə istehsal olunan bir zülaldır. orqanizmimiz infeksiya, şiş və travma kimi vəziyyətlərə kompleks şəkildə  cavab verir. Qanda CRP nin miqdarının artması, temperaturun yüksəlməsi, leykosit miqdarının artması bunlara misal olaraq göstərilə bilər.

Bu fizioloji reaksiya infeksiya və ya iltihaba səbəb olan amili aradan qaldırmaq, toxuma zədəsini azaltmaq və bədənin bərpa mexanizmini aktivləşdirmək məqsədi daşıyır. Serum CRP (C-reaktiv protein) konsentrasiyaları sağlam insanlarda çox aşağıdır. Qeyd olunan amillərin başlaması ilə serum konsentrasiyası sürətlə artaraq 24 saat ərzində 1000 dəfəyə qədər arta bilər. CRP artımına səbəb olan amil yox olduqda, qanda  CRP miqdarı 18-20 saat ərzində azalır və normal səviyyəyə qayıdır. CRP analizi iltihablı və yoluxucu xəstəliklərin, xüsusilə ürək-damar xəstəliklərinin diaqnozunda və müalicə dinamikasının izlənilməsində vacib parametr hesab olunur.

CRP nə üçün yoxlanılır?

İnfeksiya, iltihabi xəstəliklər, bədxassəli və ya xoşxassəli şiş meydana gəlməsi və ya şişin metastazı, infarkt və insult riski kimi vəziyyətlərin diaqnozunu aydınlaşdırmaq üçün yoxlanıla  bilər. Əlavə olaraq, bu xəstəliklərin  müalicəsi aparılırsa, müalicəyə cavabın dəyərləndirilməsi üçün də dəyərləndirilə bilər.

CRP yüksəkliyinin səbəbləri nələrdir?

Sağlam insanlarda qanda CRP miqdarı çox aşağıdır. Yüksək CRP dəyəri bədəndə iltihab və ya infeksiya, insult və ya infarkt riski, toxuma ölümü və ya şiş göstəricisi ola bilər. Bundan əlavə CRP  yüksəkliyi xəstəliyin gedişatı haqqında da məlumat verir. Xəstəlik diaqnoz baxımından spesifik  deyil, yəni yalnız yüksəlmiş C-reaktiv protein dəyərinə baxılaraq diaqnoz qoyula bilməz. Diaqnoz qoymaq üçün fiziki müayinə daxil olmaqla digər müayinə metodları və müayinələrdən əldə edilən nəticələr birlikdə qiymətləndirilir.

Burada əhəmiyyətli  olan CRP yüksəkliyini müalicə etmək deyil, yüksəkliyə səbəb olan xəstəliyi aradan qaldırmaqdır. Bu xəstəliklər düzgün  müalicə edildikdə, CRP səviyyəsi də buna cavab olaraq  azalır.

CRP yüksəlməsinə səbəb olan xəstəlikləri aşağıdakı kimi sadalaya bilərik:

  • İnfeksiyalar
  • Miokart infarktı
  • İnsult
  •  Menengit
  •  İltihabi (iltihablı) xəstəliklər: Crohn xəstəliyi, iltihablı bağırsaq xəstəliyi (IBD), Ailəvi Aralıq dənizi Qızdırması, Kawasaki xəstəliyi, revmatoid artrit (oynaq revmatizmi), sistem lupus eritematozusu (SLE)
  • Kəskin pankreatit
  • Travma, yanıqlar və qırıqlar
  •  Orqan və toxuma zədələnməsi
  • Cərrahi müdaxilələrdən sonra
  • Xərçəng

Siqaret çəkənlər və artıq çəkili olanlarda CRP dəyərləri daha yüksək ola bilər.

CRP yüksəkliyi və hamiləlik

Hamiləlik dövründə C-reaktiv protein səviyyəsi müəyyən dərəcədə qalxa bilər, lakin həddindən artıq yüksək olması erkən doğuş və düşmə riskinə səbəb ola bilər.  Hamiləlik dövründə hər hansı bir infeksiya səbəbiylə CRP yüksələrsə, infeksiyanın müalicəsi ilə dəyərlər normala dönəcəkdir.

CRP  analizi və digər suallarınızla bağlı, eyni zamanda online qeydiyyatdan keçmək üçün (012) 910 nömrəli Çağrı Mərkəzi və ya (055) 4000 910 nömrəli Whatsapp nömrəmizlə əlaqə saxlaya bilərsiniz.