İnfolab

Qaraciyər funksional testləri-ALT

 

Qaraciyərdə zədə olub olmadığını araşdırmaq üçün ən çox verilən analizlər ALT(alanin aminotransferaza) və AST(aspartat aminotransferaza) qaraciyər fermentləridir.

ALT nədir?

Alanin aminotransferaza(ALT) -bir ferment olaraq əsasən qaraciyərdə ,az miqdarda isə böyrək və digər orqanlarda olur. Həzm olunaraq qaraciyərə gələn qida maddələrinin enerjiyə çevrilməsində rol oynayır. Normalda qaraciyər hüceyrələrinin daxilində olur, ölən qaraciyər hüceyrələri səbəbindən çox az miqdarda qanda da tapıla bilir. Qanda ALT miqdarının normadan çox olması qaraciyər zədəsinin əsas göstəricisidir. Qaraciyərdə əmələ gələn zədələrin  səbəbi bir çox xəstəlikdən ola bilər. Müalicənin gedişatının planlanması və qaraciyər çatışmazlığı inkişaf etmədən öncə ALT və digər qaraciyər fermentlərinin yüksəkliyi analiz edildikdən sonra digər testlər olunmalıdır. Fermentin qandakı miqdarı nə qədər yüksəkdirsə qaraciyərdə olan zədənin o qədər çox olduğunun göstəricisidir. Az  miqdarda yüksəlmə balanssız və həddən artıq yağlı qidalanma, qaraciyər yağlanması kimi vəziyyətlərdə də ola bilər.

ALT analizi hansı vəziyyətlərdə verilməlidir?

ALT analizi digər qaraciyər fermentləri ilə birlikdə qaraciyər xəstəliklərindən şübhələndikdə və ya rutin olaraq klinikaya müraciət edən zaman yoxlanıla bilər. Qaraciyər xəstəliyindən və ya zədələnməsindən şübhə ediləcək aşağıda qeyd olunan vəziyyətlər zamanı ALT analizinin verilməsi ən vacib səbəblər arasındadır:

  • Qarın və mədə mədə bölgəsində şişlik və ağrı hissi
  • Mədə bulanması,qusma
  • Sarılıq
  • Sürətli çəki itgisi
  • Davamlı yorğunluq
  • Dəridə səbəbsiz qaşıntılar
  • Sidik rənginin tündləşməsi
  • Nəcisin rənginin çox açıq olması

 

Yuxarıda qeyd olunan səbəblərdən əlavə davamlı spirtli içki qəbul edənlər qaraciyər zədələnmələrinə qarşı ALT analizini daha tez-tez verməlidir.  Bundan əlavə ailəsində qaraciyər xəstəliyi olanlar,hepatit virusu keçirənlər,qaraciyərdə zədələnməyə səbəb ola biləcək dərman istidadə edənlər davamlı olaraq ALT analizini verməlidir.

ALT -nin normadan yüksək və aşağı olması

Sağlam qadınlarda normal ALT 7-35 U/L ,kişilərdə isə 10-50 U/L aralığında olmalıdır. Bu normalardan aşağı nəticənin olması tibbi cəhətdən bir mənası və təhlükəsi yoxdur. Yəni müayinə zamanı nəticələriniz normadan aşağıdırsa narahat olmağa səbəb yoxdur. Lakin ALT  nin normadan yüksək olması zamanı mütləq olaraq səbəb araşdırılmalıdır. ALT nin yüksəlməsinə səbəb ola biləcək  , yəni qaraciyər zədələnməsinə səbəb olacaq vəziyyətlərdən ən çox rast gəlinənləri aşağıdakı kimi sadalaya bilərik:

  • Qaraciyər yağlanması
  • Davamlı olaraq istifadə edilən dərmanlar
  • Həddindən artıq spirtli içki istifadəsi
  • Artıq çəki
  • Diyabet xəstəliyi
  • Xolesterin dərmanları
  • Ürək çatışmazlığı
  • Hepatit A,B və C infeksiyalar
  • Serroz

Yuxarıda sadalan səbəblərdən əlavə ailəsində qaraciyər xəstəliyi olan şəxslərin də qaraciyər xəstləliyinə tutulma ehtimalları digər şəxslərə nisbətən çoxdur. Bunun üçün həmin fərdlər davamlı olaraq qaraciyər analizlərini verməlidirlər.

ALT  analizi və digər suallarınızla bağlı, eyni zamanda online qeydiyyatdan keçmək üçün (012) 910 nömrəli Çağrı Mərkəzi və ya (055) 4000 910 nömrəli Whatsapp nömrəmizlə əlaqə saxlaya bilərsiniz.