Infolab

Şəkərli Diabet

ŞƏKƏRLİ DİABET
mədəaltı vəzdən yetərli insulin ifraz olunmaması və ya olan insulinin effektiv şəkildə istifadə olunmaması nəticəsində meydana çıxır

Şəkərli diabet mədəaltı vəzdən yetərli insulin ifraz olunmaması və ya olan insulinin effektiv şəkildə istifadə olunmaması nəticəsində meydana çıxan və qanda şəkərin yüksəlməsi ilə xarakterizə olunan xroniki metabolik xəstəlikdir.
Sağlam insanın qan şəkəri

• Ac olduqda- 100 mg/dl
• Toxluq halında (yeməyə başladıqdan 2 saat sonra)- 140 mg/dl-dən yüksək olmamalıdır.

Şəkərli diabet göstəricisi

• Qan şəkərinin ac olan zaman 126 mg/dl-dən, tox və ya günün istənilən vaxtında ölçülən zaman 200 mg/dl və daha yüksək olması şəkərli diabet göstəricisidir.

Gizli şəkər üçün siqnal

• Qan şəkərinin ac olan zaman 100-126 mg/dl, tox olduqda və ya OGTT (oral qlükoza tolerantlıq testi) zamanı qlükoza qəbulundan 2 saat sonra 140-199 mg/dl olması gizli şəkər (prediabet) üçün siqnaldır.

Qanda şəkərin səviyyəsini “Qlükoza” analizi vasitəsilə müəyyən etmək mümkündür.

Müayinə şərtləri haqqında ətraflı məlumat üçün (012) 910 nömrəli Çağrı Mərkəzimizlə əlaqə saxlaya və ya (+99455) 4000 910 Whatsapp nömrəmizə yaza bilərsiniz.