Sağlam xəbər

Sertifikata layiq görüldük!

 

 “Büro Veritas Azeri” MMC tərəfindən mərkəzlərimizdə keçirilən beynəlxalq standarta uyğunluq üzrə resertifikasiya auditi və audit nəticəsində ISO 10002:2018  sertifikatının əldə olunması mərkəzlərimizdə pasiyentlərlə aparılan işin səviyyəsinin əsas göstəricisidir.

ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ümumdünya milli standartlar qurumları (ISO üzv qurumları) federasiyasıdır. İndiyədək federasiya tərəfindən idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair minlərlə standartlar müəyyənləşdirilib.

17 illik fəaliyyətimizdə hər zaman pasiyent məmnunluğunu üstün tutaraq, keyfiyyətli xidmət göstərmək üçün səy göstərmişik. Təbii ki, hər birimiz keyfiyyətli xidmətlə yanaşı, xoş münasibət və göstərilən xidmətdən məmnun qalmaq istəyirik. Bu məqsədlə, pasiyent məmnunluğunun təmin edilməsinə daima önəm vermiş və hər zaman fəaliyyətimizdə yeniliklər tətbiq etməyə çalışmışıq.

Təbii ki, inkişaf varsa, işlər görülürsə, bu zaman, əlbəttə ki, xırda çatışmazlıqlar da olur. Bu çatışmazlıqları aradan qaldırmaq üçün isə mütəmadi şəkildə əməkdaşlarımızı təlimləndirmiş, kollektivimizə peşəkar kadrları cəlb etmək üçün səy göstərmişik.

Çünki, biz düşünürük ki, göstərdiyimiz yüksək keyfiyyətli xidmət pasiyentlərimizin məmnuniyyətinə təsir etməklə yanaşı, mərkəzimizin imici üçün də əhəmiyyət kəsb edir.

Belə ki, bu illər ərzində pasiyent məmnunluğunun ölçülməsi məqsədilə Sağlam Ailə Tibb Mərkəzinin onlayn müştəri xidmətləri sahəsində cavab platformalarının da sayı dəfələrlə artırılıb.

Pasiyentlərimiz öz təklif və şikayətlərini həm mərkəzlərimizdə, həm də həm www.saglamaile.az saytımızda yerləşdirilən Məmnunluq anketlərində qeydlərini yaza, eyni zamanda (012) 910 nömrəli Çağrı Mərkəzimiz və rəsmi sosial media hesablarımızdan bizə göndərə bilər.

Bu müraciətlər Keyfiyyətə Nəzarət şöbəsi tərəfindən araşdırılır və araşdırmaya uyğun müəyyən tədbirlər görülür.