Sağlam xəbər

Qan ver, yaşat!

Bütün dünyanı sarsıtmış koronavirus pandemiyası ilə bağlı ölkəmizdə də xüsusi karantin rejiminin tətbiq olunduğu bir vaxtda irsi qan xəstəliklərindən, xüsusilə, talassemiya və hemofiliya, həmçinin leykozdan əziyyət çəkən insanlar dəstəksiz qalmasalar da qan ehtiyatları azalmışdır.

Onlara dəstək məqsədilə həmrəy olaq, insansevərlik nümayiş etdirək, diqqət və qayğı göstərək, ən əsası QAN VERƏK Kİ, YAŞADAQ!

Qan vermək bizim 15 dəqiqəmizi alsa da, onlara 1 ömür bəxş edəcək.

Milli Hemotologiya və Transfuziologiya Mərkəzi Qan Bankı və Sağlam Ailə Tibb Mərkəzi birgə təşkilatçılığı ilə qanvermə aksiyası təşkil olunacaq.

Karantin şərtlərinə uyğun təşkil olunacaq aksiyada iştirak edərək, Siz də, qana ehtiyacı olan xəstələrə dəstək olmaq üçün qan vermək istəyirsinizsə, (012) 910 nömrəli Çağrı Mərkəzi ilə əlaqə saxlaya və ya (055) 4000 910 Whatsapp nömrəmizə yaza bilərsiniz.

Tarix: 23 Yanvar 2021-ci il

Saat: 11:00-17:00

Ünvan: Sağlam Ailə Tibb Mərkəzi, Nərimanov filialı

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi