Sağlam xəbər

Rusiya Federasiyasına uçuş qaydalarında dəyişiklik. Yalnız bu mobil tətbiqi yükləyən sərnişinlər buraxılacaq

DİQQƏT!

Bu gündən, 1 sentyabr tarixindən etibarən yalnız aşağıdakı keçidlərdən istifadə edərək "Путешевствую без COVID-19" mobil tətbiqini yükləyən sərnişinlər Rusiya Federasiyasına yerinə yetirilən uçuşlara buraxılacaq:

iPhone üçün:

https://apps.apple.com/app/id1541206996

Android smartfonları üçün:

https://play.google.com/store/apps/details?id=com.nocovid19.su&hl=az&gl=US

Huawei smartfonları üçün:

https://appgallery.huawei.com/#/app/C104343239

 

Tətbiqi smartfonunuza yüklədikdən sonra xarici pasportunuzu skan etməlisiniz.

Azərbaycandan yola düşmə ölkəsi olaraq Rusiya Federasiyası seçildikdə smartfonunuzda “COVID-19-suz səyahət edirəm” (" Путешевствую без COVID-19") tətbiqində də mövcud olmalıdır. Testdən keçərkən sərnişin Rusiyaya uçduğunu klinikaya mütləq bildirməli və xarici pasport təqdim etməlidir.

Testin nəticəsi haqqında məlumat QR-kod skan edildikdən sonra mobil tətbiqdə yaşıl QR-kod şəklində saxlanılacaq. Bu kodu qeydiyyat masasında, eləcə də Rusiyaya gəldiyiniz zaman sərhəd keçid məntəqələrində təqdim etməlisiniz.

Səyahət zamanı telefonunuzda texniki problemlər yarandığı halda, sərnişində PCR-testin kağız nüsxəsi olmalıdır.

Tətbiqin istifadəsi aşağıda qeyd edilən sərnişinlər üçün zəruri deyildir:

  • Rusiya Federasiyasının vətəndaşları üçün
  • Azərbaycan ərazisindən tranzitlə keçən sərnişinlər üçün (Rusiya Federasiyasına yerinə yetirilən bütün marşrut üzrə aviabiletlər və (və ya) minik talonları mövcud olduqda) və ilkin yola düşmə ölkəsində keçmiş test mövcud olduqda.
  • smartfonları olmayan uşaqlar və ya böyük yaş qrupu kateqoriyasından olan sərnişinlər QR-kodun təsdiqini onlarla birgə səyahət edən digər sərnişinin smartfonundakı tətbiqdə təqdim edə bilərlər.

 

 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi