Sağlam xəbər

Sertifikata layiq görüldük!

Sağlam Ailə Tibb Mərkəzi “Brand Award Azerbaijan” milli müsabiqəsinin qalibləri sırasında seçilib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi tərəfdaşlığı ilə keçirilən milli müsabiqədə ölkənin 2021-ci ildə ən tanınan 50 brendi seçilərək mükafatlandırılıb. 3 İyun 2021-ci il tarixində onlayn formatda keçirilən V “Brand Award Azerbaijan” milli müsabiqəsinin qalibləri açıqlanıb.

 “Brand Award Azerbaijan” milli müsabiqəsində qalib gələn 50 brend, həmçinin dünyanın müxtəlif ölkələrində təşkil olunan milli və regional “Brand Award” müsabiqələrin qalibləri 2021-ci ilin sonunda yekun “Brand Award International” müsabiqəsində iştirak etmək imkanı əldə ediblər.