Sağlam xəbər

Referens dəyəri analizin cavabının qəbul olunan norması deməkdir.  Cavablar hazır olduqda bu referens dəyərlər ilə müqayisə edilir və normadan kənara çıxması təyin edilir.

 Müxtəlif diaqnostik laboratoriyalar analizlərin işlənməsi üçün  geniş çeşidli analizatorlardan istifadə edirlər.  Məsələn biokimyəvi və immunokimyəvi analizlərin işləndiyi cihazların növü çoxdur və  istifadə edilən reagentlərin istehsalçıları da müxtəlifdir. Həmçinin analizin müayinə üsulları da fərqli laboratoriyalarda  bir-birindən  seçilə bilər. Bunların hamısı referens dəyərlərinin dəyişməsinə təsir edir.

Buna görə də hər bir laboratoriya cavab blankında  öz referens aralığını göstərir. Bu referens aralıqları təbii ki, beynəlxalq qəbul edilmiş standartlara əsaslanır.  Lakin bu zaman laboratoriyanın işinin özəlliyi də mütləq nəzərə alınır, yəni,  istifadə olunan cihazın spesifikası,  analizin aparılma üsulu, ölçü vahidi və s. Ona görə də eyni bir analizin referens aralığı müxtəlif laboratoriyalarda bir-birindən xeyli seçilə bilər. Vahid referens aralığı adlı bir anlayış yoxdur.

Laborator analizlərin nəticəsini qiymətləndirərkən müalicə həkimi  mütləq cavab blankında qeyd olunan laboratoriyanın referenslərini əsas götürməlidir.  Unutmayın, nəticələrin interpretasiyasının dəqiq olması, pasiyentin vəziyyətinin izlənməsi,  kontrol müayinələrin aparılması zamanı istək olunan analizin eyni üsulla və eyni laboratoriyada aparılması məqsədəuyğundur.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi