Sağlam cavab

Spermoqramma analizi üçün necə yaxınlaşmaq lazımdır?

Spermoqramma kişi fertilliyinin (mayalandırma qabilliyyətinin)  qiymətləndirilməsi üçün aparılan eyakulyat analizidir.

Bu analiz zamanı eyakulyatın keyfiyyət, kəmiyyət və morfoloji parametrləri təyin edilir. Bu parametrlərə aiddir:  eyakulyatın həcmi, rəngi, pH-ı,  1ml-də spermatozoidlərin miqdarı, normal və patoloji formalı spermatozoidlər və s.  aiddir.

  • Analiz masturbasiya yolu ilə toplanmış eyakulyatda yoxlanılır.
  • Analiz birbaşa tibb mərkəzində verilməlidir, əgər evdən gətirilirsə 15 dəqiqə ərzində çatdırılmalı, steril konteynere toplanmalıdır.
  • Analizdən öncə 3-7 gün cinsi əlaqə olmamalıdır.
  • Bu periodda  spirtli içki qəbulu, sauna kimi isti prosedurlar  olmamalıdır.
  • Müayinə günü siqaret çəkilməsi tövsiyyə olunmur.
  • Dərmanların qəbulu varsa  həkimlə razılaşdırıldıqdan  sonra analizin verilmə vaxtı təyin edilməlidir.
Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi