Tibbi məlumatlar

Ateroskleroz nədir? Qarşısı necə alınmalıdır?

Oksigen və qida maddələrini ürəkdən bütün bədənə aparan arteriyaların qalınlaşması və sərtləşməsi zamanı arterioskleroz adlanır. Bəzən bu orqan və toxumalara qan axınını məhdudlaşdırılmasına səbəb olur. Sağlam arteriyalar elastik və yumşaq olur , lakin vaxt keçdikcə arteriaların divarları sərtləşə bilir.

Ateroskleroz arteriosklerozun spesifik bir növüdür, lakin termin olaraq bir biri ilə dəyişik istifadə oluna bilir. Ateroskleroz arteriya divarlarının içində və üzərində yağların, xolesterol və digər maddələrin toplanmasına(ərp) deyilir, hansı ki, qan axınını məhdudlaşdırır.

Ərp bəzən qoparaq, həmin nahiyədə qan laxtasının əmələ gəlməsinə səbəb olur. Baxmayaraq ki, ateroskleroz dedikdə ağıla ən çox ürək problemləri gəlir, lakin orqanizmin hər yerində olan arterialara təsir edə bilir. Ateroskleroz qarşısı alına və müalicə oluna bilən bir vəziyətdir.

Ateroskleroza nə səbəb olur?

Ateroskleroz yavaş gedişli, mərhələli xəstəlik olub erkən uşaqlıqdan başlaya bilər. Baxmayaraq ki, tam dəqiq səbəbi bilinmir, ateroskleroz arteriya daxilində zədə və ya yara ilə başlaya bilər. Bu zədə aşağıdakı səbəblərdən yarana bilər:

  • Yüksək qan təzyiqi
  • Yüksək xolesterin
  • Yüksək triqliseridlər
  • Siqaret və digər tütün məhsullarının istifadəsi
  • İnsulin rezistentliyi, diabet və ya artıq çəkili olmaq
  • Hər hansı infeksiyadan, artrit və qırmızı qurd eşənəyi iltihabından və ya bilinməyən iltihabi xəstəlikdən

Arteriyanın daxili divarı zədələndikdə, qan hüceyrələri və digər maddələr tez zədə nahiyəsinə gəlir və arteriyanın daxili səthində toplanır.

Zamanla xolesterin və digər maddələrdən ibarət olan yağ depoları (ərp) da yara nahiyəsinə gələrək  zədə nahiyəsinə toplanır və sərtləşir, arteriyaları daraldır. Bu arteriyaya bağlı olan toxuma və orqanlar yetərli miqdarda qan ala bilmədikləri üçün düzgün fəaliyət göstərə bilmir.

Bəzən ərpin parçaları qoparaq qan dövranına daxil olur.

Əlavə olaraq ərpin nazik qatı dağılır, xolesterin və digər maddələri qan dövranına buraxır. Bu proses qan laxtası meydana gətirə və orqanizmin spesifik nahiyəsində damarı tıxaya bilər. Buna misal olaraq ürək arteriyasının tıxanması nəticəsində infarktın yaranmasını göstərə bilərik. Bu laxta həmçinin qoparaq orqanizmin başqa yerində başqa bir orqanın arteriyasını tıxaya bilər.

Əlamətləri nələrdir?

Aterosklerioz mərhələli olaraq inkişaf edir. Yüngül gedişli aterosklerozda adətən əlamətlər olmur.

Adətən orqan və toxumalara  yetərli miqdarda qan getməyəcək səviyyəyə qədər arteriyalarda daralma və tutulma olmadıqca ateroskleroz əlamətləri meydana çıxmır. 

Bəzən qan laxtası qoparaq damarı tamamilə tutut və miokard infarktı və ya insulta səbəb olur.

Ateroskleroz əlamətləri zədələnən arteriyadan asılı olaraq dəyişə bilər.
misal:

  • Ateroskleroz ürək arteriyalarında olduğu zaman döş qəfəsində ağrı və təzyiq hiss edilə bilir.
  • Ateroskleroz beyin arteriyalarında olduğu zaman əllərdə və ayaqlarda ani uyuşuqluluq və zəifləmə, danışmaqda çətinlik çəkmək və ya danışığın pozulması, bir gözdə görmənin müvəqqəti itməsi və ya üz əzələlərində hərəkətsizlik kimi əlamətlər ortaya çıxa bilir. Bunlar keçici işemik hücum əlamətləridir, hansı ki müalicə olunmadıqda insulta qədər irəliləyə bilər.
  • Ateroskleroz əl və ayaq arteriyalarında  olduqda yeriyən zaman ayaq ağrılarının olması kimi periferik arteriya xəstəliyinin simptomları ola bilər.
  • Böyrəkləri qidalandıran arteriyalarda ateroskleroz olduğu zaman yüksək qan təzyiqi və böyrək çatışmazlığı kimi hallar yaşana bilər.

Risk faktorları:

Damarların sərtləşməsi zamanla meydana gəlir. Yaşlanma ilə yanaşı ateroskleroz riskini artıran faktorlar:

  • Yüksək qan təzyiqi
  • Yüksək xolesterin
  • Diabet
  • Artıq çəkili olmaq
  • Siaqret və  digər tütün məhsulları
  • Ailədə ürək xəstəliyinin olması
  • Hərəkətsizlik
  • Zərərli qidalanma

Ağırlaşmaları nələrdir?

Ağırlaşmalar hansı arteriyanın zədələnməsindən asılı olaraq dəyişiklik göstərə bilər. Misal:

  • Tac arteriyaların xəstəliyi. Ürəyə bağlı olan arteriyaların daralması , tac arteriyaların xəstəliyinə səbəb olur, hansı ki döş qəfəsində ağrı, infarkt və ürək çatışmazlığına səbəb olur.
  • Yuxu arteriyalarının xəstəliyi. Beyinə gedən arteriyaların daralması yuxu arteriyasının zədələnməsinə səbəb olur ki bu da insult və ya işemiyaya səbəb ola bilir.
  • Periferik arteriya xəstəliyi. Ayaq və əllərdə yaranan ateroskleroz zamanı qan dövranında, ayaq və əl arteriyalarında periferik arteriya xəstəliyi yaranır. Bu əllərdə və ayaqlarda hissiyatın azalmasına , soyuq və istiyə qarşı həsslığın azalmasına səbəb olur. nadir hallarda ayaq və əllərdə olan zəif qan dövranı toxuma ölümünə-qanqrenaya səbəb ola bilir.
  • Anevrizma. Ateroskleroz eyni zamanda anevrizmaya səbəb ola bilir, hansı ki orqanizmin bütün nahiyələrində meydana gələ bilər. Anevrizma arteriya divarında meydana gələn şişlikdir. Anevrizma olan bir çox insanda əlamətlər olmur. Anevrizma olan nahiyədə ağrı və döyüntü meydana gələ bilər ki bu da təcili tibbi təxirə salınmaz haldır.

Anevrizma cırılarsa həyati təhlükəli olan daxili qanaxma başlaya bilər.  Baxmayaraq ki bu ani baş verən təhlükəli bir haldır, bəzən sızıntı şəklində də ola bilir. Qan laxtası (tromb) anevrizmadan ayrılıb orqanizmin uzaq bir yerində arteriyanı bağlaya bilər.

 

  • Xroniki böyrək xəstəliyi. Ateroskleroz böyrəklərə gedən arteriyanı daraldaraq, ora gedən oksigenli qanın miqdarını azaldır. Zamanla böyrək funksiyasına təsir edərək, zərərli maddələrin orqanizmdən xaric olmasını yavaşladır.

Aterosklerozun qarşısı necə alına bilər?

Aterosklerozun müalicəsi üçün lazım olan sağlam həyat şəraiti, onun qarşısının alınması üçün də mütləqdir. Bunlar:

  • Siqareti tərgitmək
  • Sağlam qidalanmaq
  • Davamlı hərəkət
  • Boy çəki indeksini normada saxlamaq

Xəstəlik başlamadan qarşısını almaq üçün mütəmadi olaraq Lipid spektri analizini verərək qanda xolesterinin miqdarını bilmək və onu norma daxilində saxlamaq lazımdır. LDL xolesterol xüsusilə normadan çox olduqda ateroskleroz yaranmasına və damarların tıxanmasına səbəb olur.