Tibbi məlumatlar

Hemoqlobin(HGB) nədir?

 

Hemoqlobin nədir?

Müxtəlif xəstəliklər zamanı , həkim tərəfindən təyin olunan rutin analiz olaraq qanın kliniki analizi və ya digər adı ilə hemoqram analizində yoxlanılan göstəricilərdən biri də hemoqlobindir.

Hemoqlobin, sümük iliyində istehsal olunan və qırmızı qan hüceyrələrində(eritrositlər) saxlanılan dəmirlə zəngin bir zülaldır. Ağciyərlərə daxil olan havadakı oksigen, qandakı hemoqlobinə birləşərək digər toxumalara nəql olunur.

Toxumalarda əmələ gələn karbon dioksid  oksigendən ayrılan hemoqlobinə birləşərək  ağ ciyərlərə daşınır  və daha sonra orqanizmdən xaric edilir. Orqanizmdə dövr edən bu həyati proses hemoqlobin zülalının daşıma xüsusiyəti  ilə həyata keçirilir.

Hər bir hemoqlobin zülalı orqanizmdə 4 oksigen molekulu daşıya bilir. Bununla  yanaşı eritrositlərin kürə formasını alaraq damarlarda rahat hərəkətini və qorunmasını yenə hemoqlobin zülalı həyata keçirir.

Bədəndəki dəmir miqdarını göstərən əsas parametr hemoglobin olduğundan, anemiya və ya dəmir çatışmazlığı zamanı baxılan ilk parametrdir. Hemoqlobin səviyyəsi normadan aşağı olduqda ağla gələn ilk xəstəlik anemiyadır.

Həddindən artıq halsızlıq, başgicəllənmə, nəfəs darlığı, ürək ritminin pozulması kimi şikayətləriniz varsa, hemoglobin səviyəniz aşağı ola bilər. Hemoqlobin səviyyəniz normadan yuxarıdırsa, bu qan pozğunluğu, siqaret çəkmə, ishal kimi səbəblərdən ola bilər.

Hemoqlobin dəyərindəki kəskin azalmalar orqanizmin oksigen daşıma qabiliyyətini məhdudlaşdıracağından, hemaqlobin  göstəriciləri cərrahi əməliyyatdan əvvəl və sonra diqqətlə araşdırılmalıdır. Xəstənin əlavə qana ehtiyacı olub-olmayacağına dair qərarlar bu parametrə baxaraq verilə bilər

Hemoqlobin(HGB)  azlığının səbəbləri nələrdir?

Hemoqlobin azlığı bəzi xəstəliklərin xəbərçisi ola bilər, lakin burada əsas məqam nə qədər az olmasıdır. Çünki müalicə planı bu səviyyəyə uyğun olaraq formalaşır. Hemoqlobin azlığı çox deyilsə , xəstədə heç bir simptom və şikayət olmur. Lakin davamlı yorğunluq, solğunluq, narahatlıq, ürək çarpması, iştahsızlıq, saç tökülməsi və dırnaqlarda zəiflik kimi simptomlar aşağı hemoglobin göstəricisi ola bilər. Hemoqlobin azlığı dedikdə  ​​ağla gələn ilk xəstəlik anemiyadır. Hemoqlobin azlığına səbəb ola biləcək vəziyyətləri aşağıdakılar kimi sadalaya bilərik:

Dəmir çatışmazlığı anemiyası

Aşağı HGB, bədənin xaricdən ehtiyac duyduğu dəmir dəstəyini qarşılaya bilməməsi, alınan dəmirin bədəndəki müvafiq hissələrə gətirilməməsi və ya xroniki qan itkisi səbəbiylə dəmir itkisi kimi səbəblər nəticəsində meydana gələ  bilər.

Qan itkisi

Bədəndən qan itkisi səbəbi ilə aşağı HGB aşkar edilə bilər. Bunun səbəbi yaradan qanaxma, mədədə xora, xərçəng, hemoroid və ya tez-tez qan vermə və menstrual qanamalar ola bilər.

Vitamin B12 və ya fol turşusu(B9) çatışmazlığından qaynaqlanan anemiya

 Qan hüceyrələrinin istehsalı üçün lazım olan B12 və fol turşusu kimi vitamin çatışmazlığında hemoglobin istehsalında ləngimələr olur və ya qan hüceyrələrinin forması dəyişdiyindən  təsirləri azalır.

Hemolitik Anemiya

 Bəzi xəstəliklərə görə qan və ya toxuma hüceyrələrinin məhv olması nəticəsində qan dövranından  hemoqlobin miqdarı azalır.

Hemoqlobin quruluş xəstəlikləri
Genetik olaraq səhv  hemoqlobin istehsalı nəticəsində meydana gəlir.

Bəzi dərman müalicələri

Qəbul etdiyimiz bəzi dərmanlar qırmızı qan hüceyrələrinin istehsalını poza bilər. Bu,  hemoqlobin azlığına səbəb olur.

Ana südü ilə bəslənə bilməyən uşaqlar

 Ana südü dəmirlə zəngin olduğundan körpələrin ana südü ilə qidalanması vacibdir. Ana südü ilə qidalana bilməyən uşaqlarda  HGB azlığı  ilə qarşılaşa bilər.

Hamiləliklə əlaqəli anemiya

Hamiləlik və doğuş üçün xeyli miqdarda dəmir tələb olunduğundan, dəmir çatışmazlığı anemiyası meydana gələ bilər.

Hemoqlobin (HGB) göstəricilərinin yüksəkliyi

HGB-nin normal dəyərlərindən yüksək olması  bəzi narahatlıqlara səbəb ola  bilər. Yüksək hemoglobin dəyəri; Qaşıntı, baş ağrısı və başgicəllənmə, həddindən artıq tərləmə, ağrılı oynaq şişməsi, anormal dərəcədə kilo itkisi, gözlərin saralması və halsızlıq kimi simptomlarla özünü göstərə bilər. Yüksək  hemoqlobin dəyəri eritrositoz (polisitemiya) əlaməti ola bilər.

 Polisitemiya bədənin həddindən artıq qırmızı qan hüceyrəsi istehsal etməsinə və bu səbəbdən qanın axıcılığının normadan çox qatı olmasına səbəb olur. Bu laxtalanmannın artmasına , infarkt və ya insulta səbəb ola bilər. Müalicə edilmədiyi təqdirdə, ömür boyu fəsadları olan, ölümcül ola biləcək bir vəziyyətdir.

Əvvəllər polisitemiya diaqnozu qoyulubsa, müalicə planına əməl olunur və dəyərlər hələ də yüksəkdirsə, demək müalicə planınız dəyişdirilməlidir.

Polisitemiyadan  əlavə olaraq yüksək HGB dəyərlərinə səbəb ağciyər xəstəliyi, dehidratasiya, yüksək hündürlükdə yaşamaq, aktiv siqaret və tütün istifadəsi, qızdırma, qusma və həddindən artıq fiziki məşq kimi amillər səbəbindən inkişaf edə bilər.

Hamilələrdə hemoqlobin azlığı və çoxluğu

HGB dəyəri normal bir insan üçün kritik olsa da, hamiləlik dövründə HGB çatışmazlığı və ya artıqlığı xüsusi  vacib və arzuolunmaz bir vəziyyətdir. Çox yüksək hemoglobin sayı ölü doğuş riskini  və çox aşağı hemoglobin sayı düşüklərin olması riskini artırır.

 Hamilə qadınlarda hemoglobin dəyərinin 11 - 14 g / dL olması gözlənilir. 1-ci və 3-cü trimestrlərdə 11 qr / dL-dən ,2 trimestrdə 10,5-dən aşağı səviyyəyə enməməlidir.