Tibbi məlumatlar

Kreatinin nədir?

Əzələlərin enerji metabolizmində xüsusi rol oynayan və tərkibində yüksək enerjili fosfatlar olan kreatin, müxtəlif reaksiyalar ilə fosfatdan ayrılır. Əzələ toxumalarında olan və enerji meydana gətirmədə xüsusi rolu olan kreatin miqdarının təxminən hər gün 1-2 % i istifadə edilərək atıq maddə olan kreatininə çevrilir. Beləliklə əzələlərimizin günlük fəaliyyəti nəticəsində kreatinin adlı maddə meydana gəlir. Kreatinin qanda miqdarı orqanizmin əzələ kütləsindən və əzələlərin aktivliyindən asılıdır. Əzələ kütləsi çox olan şəxslərdə kreatinin  miqdarı yüksək, zəif və yaşlı şəxslərdə az olur.  Əzələlərdən qan dövranına daxil olan kreatinin digər üzvi atıqlar kimi böyrəklərə daşınır. Böyrəklərin ən kiçik funksional vahidi olan və hər böyrəkdə təxminən 1 milyon 250 min ədəd olan nefronlar tərəfindən qan süzülərək , kreatinin kimi atıq maddələr mümkün olan ən az miqdarda su ilə orqanizmdən xaric edilir. Yaş, cins və əzələ kütləsinə görə fərqlilik göstərən kreatinin ifrazı daim olduğundan qanda hər zaman az miqdarda olur. Kreatinin orqanizmdən atılma yolu böyrəklər olduğundan , kreatinin analizi ilə başda böyrəklərin süzmə funksiyası olmaqla, sağlamlıq haqqında bir çox məlumat almaq mümkündür. Bu analizin sidik cövhəri analizindən əsas fərqi , qida və dietanın analiz nəticəsinə təsirinin çox az olmasıdır.

Kreаtinin analizləri  qanda kreatinin və 24 saat ərzində toplanmış sidikdə yoxlanılan kreatinin klirensi ilə yoxlanılır. Xroniki böyrək çatışmazlığı, böyrək funksiyasında zəiflik, hipertenziya, ürək və damar xəstəlikləri diabet kimi xəstəliklərdə kreatinin klirensinin yoxlanılması tövsiyyə olunur.

Kreatinin azlığı

Yaşlılıq, çəki itgisi , miasteniya əzələ distrofiyası kimi xəstəliklər, əzələ kütləsinin azalmasına səbəb olur. Bu kimi xəstəliklər zamanı kreatinin miqdarının az olması görülə bilir. Hamiləlik zamanı sidik ifrazının artması və maye itgisinin çoxalması səbəbindən, hamiləlik zamanı qanda kreatinin miqdarında azalma izlənilir. Baxmayaraq ki, kreatinin orqanizm tərəfindən sintez olunur qidalanma ilə onun miqdarını balanslaşdırmaq lazımdır. Belə ki, zülal baxımından zəif qidalanma əzələlərdə zəifləməyə və kreatinin miqdarının azalmasına səbəb ola bilir. Bunların xaricində ağır infeksiya, sidik kisəsi və sidik yollarında olan tutulmalar, böyrəklərə gələn qan axınının azalması, ürək çatışmazlığı, böyrəklərin zədələnməsi, böyrək çatışmazlığı və böyrək xərçəngi kimi ciddi xəstəliklər zamanı da kreatinin miqdarının azalması görülə bilər. Kreatinin azlığı orqanizmdə halsızlılq, iştahsızlıq, ürək bulanması, qusma , şişlər, çəki itgisi, baş ağrısı, dəri quruluğu, bədən temperaturunun dəyişməsi, sidik miqdarında azalma və sidiyə çıxan zaman ağrı kimi əlamətlərlə özünü göstərə bilər.

 

Kreatinin yüksəkliyi

Əzələ  fəaliyəti nəticəsində meydana gələn kreatinin , əzələ aktivliyi və kütləsinin miqdarından asılıdır. Kreatinin böyrəklərin süzmə funksiyası nəticəsində orqanizmdən atılır. Böyrəklərin süzmə funksiyası düzgün işləmədikdə orqanizmdə az miqdarda olan kreatinin səviyyəsi artmağa başlayır. Kreatinin yüksəkliyi başda böyrək xəstəlikləri olmaqla bir çox fərqli xəstəliklər səbəbindən də artır. Ağır böyrək zədələnmələri, xroniki böyrək çatışmazlığı, koma vəziyyəti kimi hallar qanın düzgün süzülməsinə maneə olaraq qanda kreatinin yüksəlməsinə səbəb ola bilir. Eyni zamanda əzələ distrofiyası,hipotiroid kimi qalxanabənzər vəz xəstəliyi, əzələ yaralanmaları, diabet, hipertenziya , qan itgisi, hamiləlik, ağız idman hərəkətləri, dəm qazı zəhərləmələri və dehidratasiya kreatinin yüksəlməsinə səbəb olan digər faktorlardır. Kreatinin yüksəkliyinin spesifik əlamətləri olmamaqla birlikdə bəzi şəxslərdə yorğunlq,mental bulanıqlıq nəfəs darlığı kimi əlamətlər görülə bilər.

Kreatinin  analizi və digər suallarınızla bağlı, eyni zamanda online qeydiyyatdan keçmək üçün (012) 910 nömrəli Çağrı Mərkəzi və ya (055) 4000 910 nömrəli Whatsapp nömrəmizlə əlaqə saxlaya bilərsiniz.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi