Tibbi məlumatlar

Pandemiya və stress

 

Covid-19 pandemiyasından qorunmaq üçün görülən tədbirlər çətin bir prosesi davam etdirir. İnsanların pandemiya ilə mübarizəsi və onların psixologiyasına təsiri, qorunmaq üçün görülən tədbirlərin insanlar üzərindəki psixoloji təsirləri kimi müxtəlif yollar fərqli pozulmalara səbəb olur.

Xəstəlikdən qorxu və narahatlıq hissinin çox olması, yetişkinlərdə və uşaqlarda güclü duyğu dalğalanmalarına gətirib çıxara bilər. Stressə qalib gəlməklə özünüzə, ətrafınızdakılara və cəmiyyətə güc qazandıra bilərsiniz.

Pandemiya prosesinin əvvəlindən başlayan stress, narahatlıq və dəyişən vərdişlər;

  • Özünüzün və yaxınlarınızın sağlamlığı ilə bağlı qorxu və narahatlıq hissi;
  • Yuxu rejimindəki dəyişikliklər (gec və çətinliklə yuxuya getmək);
  • Qidalanma pozulmaları (qeyri-sağlam qidalar, az və ya çox qidalanma);
  • Konsentrasiya çətinlikləri (diqqət dağınıqlılığı, unutqanlıq, uzun-uzun düşünmək);
  • Spirtli içki qəbulu, tütün və ya digər dərman preparatlarından istifadənin artması (yeni asılılıq qazanmaq);
  • Yanlış doza və reseptsiz satılan psixiatrik dərman istifadəsi.

Pandemiya zamanı ən çox stressə məruz qalan qruplar:

  • COVID-19  riski yüksək olan yaşlı insanlar və xroniki xəstəlikləri olan şəxslər
  • Uşaqlar və yeniyetmələr
  • Həkimlər, tibb bacıları, digər səhiyyə işçiləri və təcili yardım briqadaları
  • Maddə istifadəsi problemi də daxil olmaqla zehni sağlamlıq problemi olan insanlar

Yaşadığımız çətin proses zamanı stress və narahatlığımızın öhdəsindən gəlmək mümkündürmü?

Bəs bunun üçün nə etmək lazımdır?

Xüsusilə ilk həftələrdən sosial şəbəkələrdə sürətlə yayılan həssas paylaşımlarla qarşılaşdıq. Bu paylaşımların  əksəriyyətinin həqiqəti əks etdirmədiyini bilməklə, bu görüntülərə baxmağın yalnız narahatlığımızı və stressimizi artıracağını bilməli, zərərli və həssas xəbərləri izləmək, oxumaq və ya dinləməkdən uzaq durmaq lazımdır.

Günün müəyyən vaxtlarında xəbərləri izləyin. (Doğru mənbələrdən alınan məlumatlar stressi azaltmağa kömək edir)

Sağlamlıq,  ilk növbədə özünə yaxşı qulluq etməkdən başlayır;

-Özünüz üçün bir qayda qoyun (xüsusilə yuxu və yemək planı ilə (yuxuya getmə vaxtınızda ən çox 2 saat dəyişiklik olsun)

-Evdə olsanız belə, gününüzü yataq geyimlərində keçirməyin.

-Gün ərzində istirahət və idman etməyi unutmayın (ən azı 45 dəqiqə)

-Narahatlığınız artdıqda dərindən nəfəs alın (Burundan nəfəs alın və ağızdan xaric edin)

-Yaxınlarınızla əlaqədə olun. Etibar etdiyiniz insanlara narahatlıqlarınız və hissləriniz barədə danışın.

-Sevdiklərinizlə tez-tez görüşün. Virtual ünsiyyət sizə və yaxınlarınıza daha az tənha və təcrid olunmuş hiss etməyinizə qarşı kömək edə bilər.

Pandemiyanın Ailə və Uşaqlara Təsiri

Uşaqlar və yeniyetmələr ətrafdakı böyüklərdən gördüklərinə qismən reaksiya göstərirlər. Valideynlər və tərbiyəçilər COVID-19 ilə təmkinli və etibarlı şəkildə mübarizə aparmaq və stress və narahatlıqlarını düzgün idarə edə bildikləri zaman uşaqları üçün ən yaxşı dəstəyi təmin edə bilərlər. Uşaqlara yalnış məlumat verməməyə diqqət yetirilməlidir, çünki uşaqlar eşitdiklərinə və gördüklərinə böyüklərdən daha asan inanırlar və qavrayışlarını dəyişmək çox çətin ola bilər.
Uşağınızda yaranmış dəyişiklikləri izləyin.

Bütün uşaqlar və gənclər stressə eyni şəkildə reaksiya göstərməsə də, izləmək lazım olan bəzi ümumi dəyişikliklər bunlardır:

  • Əhvalın tez-tez  dəyişməsi (anidən gülmək, qəfildən ağlamaq, narahatlıq)
  • Uşaqlarda ağlama və əsəbilik
  • Alt islatma problemi
  • Regresiya (geri qayıtma) əmzik vərdişi və ya nitqdə geriləmə
  • Yuxuya getməkdə çətinlik çəkmək


Yeniyetmə və gənclərdə,

  • Qeyri-sağlam qidalanma və ya yuxu vərdişləri dəyişir (gec yatmaq və gec oyanmaq)
  • Ümidsizlik
  • Gənclərdə əsəb və "nəzarətdən kənar" davranışlar
  • Məktəb məsuliyyətlərindən yayınmaq
  • Diqqət və konsentrasiyada çətinlik
  • Qeyri-aktiv həyat tərzi
  • Texnoloji vasitələrdən asılılığın artması, sosial münasibətlərdən çəkinmək (ailədən və dostlardan uzaqlaşmaq)
  • İzah olunmayan baş və ya bədən ağrısı
  • Spirtli içki, tütün və ya digər dərmanlardan istifadə

Onlara dəstək üçün:

  • Gənc və ya yeniyetmələrlə davamlı danışın, onların COVID-19 haqqında suallarını cavablandırın və anlaya biləcəyi şəkildə izah edin.
  • Stresslə necə mübarizə apardığınızı və nə etdiyinizi təsvir edin ki, sizdən nümunə götürərək öz stressini idarə etməyi öyrənsin.
  • Ailəlikcə sosial media da daxil olmaqla müxtəlif xəbər  mənbələrinizi məhdudlaşdırın. Onlar gördüklərini və eşitdiklərini hekayəni səhv təsvir edərək qorxa bilərlər.
  • Mütəmadi qaydalarla ayaqlaşmağa çalışın. Məktəblər bağlıdırsa, öyrənmə, istirahət və ya əyləncəli fəaliyyətlər üçün bir cədvəl qurun.
  • Nümunə olun. Fasilələr verin, yuxu rejiminizə riayət edin, idmanla məşğul olun  və yaxşı qidalanın. Dostlarınız və ailənizlə əlaqə yaradın.

Pandemiyanın yaşlılara təsiri

Yaşlılar, qeyri-kafi sağlamlıq vəziyyəti və xroniki xəstəlikləri olanlar COVID-19 səbəbi ilə daha çox stressə məruz qalırlar.

Bu qrup insanlarda;

  • Ölüm qorxusu, tək olmaq və özlərini tərk edilmiş hiss etmək
  • Depressiya kimi psixi sağlamlıq problemləri ilə yüksək risk altında qalmaq (əsasən yaşlılar və əlillər)
  • Ruhi sağlamlıq problemləri nəticəsində ağrı (baş ağrısı və ya mədə ağrıları kimi) və ya idrak problemləri (məsələn, konsentrasiya problemi kimi) kimi müşahidə oluna bilər.

Karantindən çıxan insanın psixoloji vəziyyəti

  • Xəstəliyi olmasa belə, COVID-19-a yoluxma, hətta başqalarından təcrid hissi güclü stress və narahatlıq yarada bilər.
  • Karantindən sonra rahatlama da daxil olmaqla qarışıq hisslər (uzun müddət təcrid olunmağın yaratdığı təklik)
  • Öz sağlamlığınızdan və yaxınlarınızın sağlamlığından qorxu və narahatlıq, eyni hissləri yenidən yaşaya bilərəm sualı?
  • COVID-19 əlamətləri və simptomları üçün özünüzü izləmək və ya başqaları tərəfindən izlənmə səbəbindən yaranan stress
  • Dostlarınız, yaxınlarınız sizə yaxınlaşmaqdan çəkinməsi nəticəsində yaranan kədər və məyusluq hissi

Karantindan çıxan şəxslər bütün kimi bu fiziki və emosional dəyişikliklərdən xəbərdar olmalı və onları bu müddətdə idarə etməlidirlər.

Sosial olaraq, karantindan sonra insanları uzaqlaşdırmaq əvəzinə, onları anlamalı və onlarla düzgün ünsiyyət qurmalıyıq.