Tibbi məlumatlar

Prolaktin nədir?

İnsanlar arasında "süd hormonu" olaraq da bilinən prolaktin hormonu, yalnız süd ifrazından deyil, eyni zamanda reproduktiv  və aybaşı dövrü kimi funksiyalara da cavabdehdir. Prolaktin hormonunun çatışmazlığı və ya artıqlığının bir çox sağlamlıq problemlərinə səbəb ola biləcəyi unudulmamalıdır, bu səbəbdən hər hansı bir şübhə olduqda mütləq yoxlanılmalıdır.

Beyindəki hipofiz vəzinin ön hissəsindən ifraz olunan prolaktin hormonu, əsasən qadınlarda ana südü istehsalına cavabdehdir. İnsanlar arasında "süd hormonu" olaraq da bilinən prolaktin hormonu, süd ifrazından əlavə , menstruasiya dövrü və reproduktiv funksiyalara da təsir göstərir. Cinsi hormon  olduğundan  reproduktiv sağlamlıq üçün  də vacibdir. Prolaktin  analizi dirsək venasından götürülən qan ilə yoxlanılır.

Prolaktin analizi nə zamanı yoxlanılır?

Prolaktin analizi prolaktin hormonunun yüksək və ya aşağı olduğunu müəyyən etmək üçün istifadə olunur. Prolaktin hormonu adətən  psixiatrik problemlər, ovulyasiya problemləri, hamiləlik, əmizdirmə dövrü, cinsi istəksizlik, sümük rezorbsiyası -osteoparoz, ginekomastiya, menstruasiya pozğunluğu kimi problemlər olduğu zaman yoxlanılır. Bəzən hipofiz vəzi, baş-beyin travması, bəzi infeksiyalar və hipofiz şişləri ilə bağlı olaraq istək edilə  bilər.

Prolaktin yüksəkliyi nədir?

Prolaktin hormonunun normal dəyərlərindən yuxarı olması hiperprolaktinemiya adlanır. Hamiləlik dövründə və doğuşdan sonra prolaktin hormonunun yüksəlməsi normal sayılsa da, hamiləlik və zahılıq dövrü deyilsə , prolaktin hormonunun artması ilə FSH və GnRH hormonu ifrazı zəifləyir.

Nəticədə yumurta istehsalı dayanır və hamilə qala bilməmək və menstruasiya pozğunluğu kimi problemlər meydana gəlir. Qadınlarda estrogen və kişilərdə testosteron səviyyəsini aşağı salır. Beləliklə cinsi funksiyanın pozulması baş verir.

Prolaktin yüksəkliyi göstərən vəziyyərləri aşağıdakılar kimi sadalaya bilərik:

  • Hamiləllik zamanı
  • Hamiləlik xaricində süd vəzilərindən şəffaf və ya ağ axıntı və ya süd gəlməsi
  • Estrogen və progesteron səviyyələrinin aşağı olması
  • Menstruasiya pozğunluğu və ya olmaması
  • Vaginada quruluq
  • Sonsuzluq
  • Kişilərdə döş böyüməsi
  • Erektil disfunksiya
  • Kişilərdə saçların seyrəlməsi
  • Hipofizdə olan şiş səbəbindən baş ağrısı və görmə pozğunluqları

Prolaktin yüksəkliyinə nə səbəb olur?

Hamiləlikdə ifraz olunan prolaktin hormonu süd vəzinin inkişafına və südün əmələ gəlməsində rol oynayır. Lakib  hamiləlik yoxdursa, prolaktin səviyyəsinin yüksək olması bəzi problemlərin olduğunu göstərir. Hiperprolaktinemiyanın səbəbləri arasında prolaktinoma adlandırılan hipofiz vəzində olan xoş xassəli şiş, polikistik yumurtalıq sindromu, böyrək və qaraciyər xəstəlikləri kimi vəziyyətləri qeyd edə bilərik. Hipofiz vəzindəki mikroadenomlar, yəni , 1 sm-dən kiçik ölçülü xoşxassəli şişlər və 1 sm-dən daha böyük, makroadenoma olaraq adlandırlan şişlər hiperprolaktinemiyaya səbəb olur. Eyni zamanda, hipotiroidizm olaraq bilinən tiroid vəzi yaxşı işləmədikdə, tirotropini ifraz edən TRH(tireotrop relizing hormon) hormonunun təsiri ilə hiperprolaktinemiya müşahidə olunur. Ağır idman hərəkətləri,yuxusuzluq kimi vəziyyətlər də prolaktin hormonunun artması səbəbləri arasındadır. Digər çox rast gəlinən səbəblərdən aşağıdakıları qeyd edə bilərik:

  • Dar alt paltarından istifadə
  • Stress
  • Yuxusuzluq
  • Antidepresanların və istifadə olunan digər dərmanların yan təsirləri
  • Hipofiz vəzi şişi
  • Ağciyər xərçəngi
  • Qidalanma
  • Anoreksiya
  • Döş qəfəsi travması
  • Endokrinoloji problemlər
  • Xroniki böyrək çatışmazlığı
  • Akromeqaliya

Prolaktin  analizi və digər suallarınızla bağlı, eyni zamanda online qeydiyyatdan keçmək üçün (012) 910 nömrəli Çağrı Mərkəzi və ya (055) 4000 910 nömrəli Whatsapp nömrəmizlə əlaqə saxlaya bilərsiniz.

 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi