Tibbi məlumatlar

Qarın boşluğu USM nə zaman istək edilir?

Qarın boşluğu usm - Qarındakı orqanların qiymətləndirilməsinə yönəldilmişdir. Bətnin yuxarı hissəsinə yönəldildiyi təqdirdə "üst qarın boşluğu usm" və alt hissədəki orqanlar üçün "aşağı qarın ultrasəs müayinəsi" adlanır. Qarındakı bütün orqanlar qiymətləndiriləcəksə, buna "tam qarın ultrasəs və ya bütün qarın ultrasəs" müayinəsi deyilir.

Ultrasonoqrafiya (USG) İnsan qulağının eşitmədiyi bir səs tezliyində səs dalğaları istifadə edərək görüntülər yaradan və canlı toxumaları araşdırılmasında istifadə edilən  bir cihazdır. Əsas hissə və zond adlanan iki hissədən ibarətdir. Zond adlanan hissə jel çəkilərək xəstəyə toxundurulan  hissədir. Ultrasəs cihazında radiasiya olmadığı üçün hamilə qadınlarda və süd verən analarda asanlıqla istifadə edilə bilər. Orqanizm üçün tam zərərsizdir.

Nə zaman istək edilir?

Qarın boşluğu usm daha çox qarın ağrısı, ürək bulanma-qusma, böyrək ağrıları, sidikdə qan, travma və yol qəzaları, həzm şişkinliyi, qarında hiss hiss olunan kütlə, xərçəng müayinəsi, genetik xəstəliklərin diaqnozu, sistemik xəstəliklərin daxili təsirlərini qiymətləndirmək kimi travmalar üçün, orqanlarda olan xərçəngi və müalicənin gedişatını təqib etmək üçün istək oluna bilər. Bundan əlavə, qaraciyərin yağlanmasından körpələrdə orqan ölçülərinin qiymətləndirilməsinə qədər geniş şəkildə istifadə olunur.

Abdominal usm də nələrə baxılır?

- Qaraciyərin ölçüsünü, qaraciyərin yağlanmasını, qaraciyərin ümumi sağlamlığını, serroz təhlükəsini, qaraciyərdə hər hansı bir kist və ya  kütlə olub olmadığını analiz etmək üçün istifadə edilə bilər.

- Öd kisəsində qatılaşma, daş, iltihab və kütlənin əmələ gəlməsini araşdırır. Sarılıq riskində öd kisəsi təsiri olduğu üçün bu xəstəlik analizində abdominal usm tətbiq edilə bilər.

- Pankreasdakı kist və kütlə əmələ gəlməsini araşdırmaq üçün istifadə edilə bilər, mədəaltı vəzlə əlaqəli digər xəstəliklərin diaqnozunda tətbiq olunur.

- Dalağın ölçüsü, dalaqda əmələ gələn və ya əmələ gəlməyə başlayan kistin aşkarlanmasına imkan verir.

- Qum, daş və digər böyrək xəstəliklərini, xüsusən böyrək çatışmazlığını aşkar etmək üçün istifadə edilə bilər. Böyrəküstü vəzlərdə kist və kütlələrin aşkarlanmasına imkan verir. Bundan əlavə sidik kisəsi və sidik axarlarına da baxıla bilir.

Müayinə üçün ac qarına və sidik kisəsi dolu yaxınlaşmaq lazımdır.