Tibbi məlumatlar

Spermoqramma nədir? Analiz necə verilməlidir?

Spermoqramma olaraq adlandırılan sperma testi, eyakulatda olan sağlam sperma hüceyrələrinin miqdarını və keyfiyyətini ölçmək üçün aparılan laborator müayinədir. Eyakulatda hərəkətli sperma hüceyrələri bu testin köməyi ilə analiz edilir və kişinin reproduktiv qabiliyəti qiymətləndirilir. Uşaq sahibi olmaq istəyən cütlüklər bir il ərzində müntəzəm və qorunmadan cinsi əlaqədə olsalar da, hamiləliyin əldə edilə bilmədiyi hallarda tətbiq olunan ilk testlərdən biri də spermoqrammadır. Burada lazım olan  hərəkətli və sağlam sperma hüceyrələrinin varlığı və miqdarı analiz edilir.

Boşalma zamanı meydana gələn eyakulat müxtəlif vəzilər tərəfindən istehsal olunan yapışqan, qatı, ağ mayedir. Mayedə başcığı və quyruğu olan və sayı milyonlarla  olan hərəkətli hüceyrələr sperma, yəni çoxalma hüceyrələridir. Sperma uşaqlıqda quyruğunun köməyi ilə hərəkət edir və uşaqlıq borularında yetkin follikula doğru hərəkət edir. Burada follikul ilə birləşir, beləliklə çoxalmanın ilk mərhələsi baş verir. Eyakulatın  tərkibi fruktoza, koaqulyasiya maddələri, digər sürüşkənliyi artıran maddələr və spermanın hərəkətini asanlaşdıran fermentlərdən ibarətdir. Sperma testi zamanı bütün bu mayelərin miqdarı və keyfiyyəti ətraflı araşdırılır.

Spermoqramma nəticələri necə olmalıdır?

Adətən, xəstəxana şəraitində alınan spermanın həcmi 2 - 6 ml arasında olması gözlənilir. Spermanın bu dəyərdən az olması, sperma sayının aşağı olmasına və bu səbəbdən də reproduktiv problemlərə səbəb olur. 6 mililitrdən çox olan sperma nümunəsi toxumda artıq mayenin olduğunu və sperma miqdarının mayedən az olduğunu göstərir. Əlavə olaraq, sperma nümunəsi ilk dəfə alındıqda qatı konsistensiyaya sahib olmalıdır və təxminən 20 dəqiqədən sonra durulaşmalıdır. Durulaşma  baş verməzsə, sperma hərəkətliliyi azalır, bu səbəbdən follikul ilə birləşməsinin qarşısı alınır. Sperma konsentrasiyası, yəni sperma sayı, hər mililitrə görə 15 milyondan çox olmalı və Ph nisbəti 7.2 - 8.0 aralığında olmalıdır. Eyakulyasiya  sonrası ilk saatda, yumurtanı dölləşdirmək üçün sperma hərəkətliliyi olaraq bilinən hərəkətlilik miqdarı 40%-dən çox olmalıdır. Sperma testinin nəticəsindəki 0 dəyəri hərəkətsizliyi, 4 isə yaxşı hərəkətliliyi təmsil edir. Morfoloji baxımdan qiymətləndirildikdə forma, ölçü və görünüş zədələnməməli və çoxalmağa uyğun olmalıdır. Kruger meyarlarına görə edilən bu qiymətləndirmə nəticəsində pis formalı sperma sayı 85%-dən az olmalıdır.

Sperma testindən sonra mümkün diaqnoz nədir?

  • Astenospermiya: Sperma hərəkətliliyinin normal dəyərlərdən daha aşağı olması
  • Azoospermia: Sperma tərkibində sperma olmadığını göstərir.
  • Normospermiya: Sperma hüceyrələrinin canlı, sağlam və hərəkətli olduğunu göstərir.
  • Teratospermi: Forma baxımından sağlam olan sperma miqdarının az olması
  • Oligoastenospermi: Sperma sayının və hərəkətliliyinin normadan aşağı olduğunu göstərir.
  • Oligospermia: Eyakulatda az miqdarda sperma olması

Sperma keyfiyyətinə mənfi təsir göstərən amillər nələrdir?

Siqaret çəkmə və alkoqol istifadəsi, kişi cinsiyyət hüceyrəsi spermatozoidlərinin miqdarını və keyfiyyətini təsir edən aparıcı amillərdir. Passiv siqaret çəkmək, siqaret çəkməklə yanaşı, sperma hüceyrələrinin deformasiyasına və funksiyalarını itirməsinə səbəb olur. Alkoqol istifadəsi sperma istehsalına da mənfi təsir göstərir. Xərçəng müalicəsində istifadə edilən antidepresanlar, steroidlər, bəzi antibiotiklər, dərmanlar və radioloji müayinə üsulları sperma istehsalını, keyfiyyətini və hərəkətliliyini də təsir edir. Davamlı kimyəvi maddələrə məruz qalma, havadakı pestisidlərin tənəffüs edilməsi, uzun müddət radiasiyaya məruz qalma, dar alt paltar geyinmə, stres, həddindən artıq isti, balanssız və hormonal qidalar sperma keyfiyyətinə mənfi təsir göstərən amillərdəndir. Sperma sayının az olduğu insanların uzun müddət sauna və hamam kimi həddindən artıq isti mühitlərdə olmağı tövsiyə edilmir, bunlar sperma istehsalına mənfi təsir göstərir. Keçirillmiş yoluxucu xəstəliklər, hormonal xəstəliklər, travmalar və varikoz kimi xəstəliklər də sperma istehsalını mənfi təsir göstərir.

Spermoqramma analizi necə verilir?

  • Analiz masturbasiya yolu ilə toplanmış eyakulyatda yoxlanılır.
  • Analiz birbaşa tibb mərkəzində verilməlidir, əgər evdən gətirilirsə, steril konteynerdə  15 dəqiqə ərzində çatdırılmalıdır.
  • Analizdən öncə 3-7 gün ərzində cinsi əlaqə olmamalıdır.
  • Bu periodda  spirtli içki qəbulu, sauna kimi isti prosedurlar  olmamalıdır.
  • Müayinə günü siqaret çəkilməsi tövsiyyə olunmur
  • Dərmanların qəbulu varsa  həkimlə razılaşdırıldıqdan  sonra analizin verilmə vaxtı təyin edilməlidir.

Spermoqramma analizi və digər suallarınızla bağlı, eyni zamanda online qeydiyyatdan keçmək üçün (012) 910 nömrəli Çağrı Mərkəzi və ya (055) 4000 910 nömrəli Whatsapp nömrəmizlə əlaqə saxlaya bilərsiniz.
Onlayn qeydiyyat üçün http://www.saglamaile.az saytımızın və rəsmi sosial media hesablarımızın ismarıc bölməsindən yazaraq onlayn qeydiyyatdan keçə bilərsiniz.