Tibbi məlumatlar

Testosteron nədir ? Testosteron hormonu nədir ?

Testosteron müxtəlif funksiyaları yerinə yetirən orqanizm üçün  vacib bir hormondur. Əsas olaraq kişi cinsiyyət hormonu(androgen hormonu kimi də adlandırılır)  kimi , testesteron reproduktiv sistemin fəaliyətində və yenidənqurmasında rol oynayır , həmçinin sümük və əzələ toxumaların gücləndirilməsinə kömək edir. Ümumilikdə bu hormonun sağlamlıq və əhval ruhiyyənin yaxşılaşmasında böyük təsiri vardır.

Testosteron çatışmazlığı (və ya hipoqonodizm) tez-tez narahatlığa səbəb olan simptomlarla özünü göstərir: sürətli çəki artımı- əzələ kütləsinin deyil  piy kütləsinin artması ilə, cinsi zəiflik və disfunksiyalar kimi simptomlar özünü göstərə bilər.

Bunlardan əlavə  davamlı yuxululuq,diqqət pozğunluğu kimi simptomlarla özünü göstərir

Testosteron çatışmazlığı olan şəxslərdə həmçinin kardiovaskulyar risk, insulin rezistentliyi, skelet küləsinin azalması kimi hallar da yaşanan vəziyətlərdir .

Testosteron defisiti üçün aşağıdakı simptomlar sadalana bilər:

Kişilərdə:

  • Cinsi disfunksiya
  • Bədəndə tüklərin tökülməsi
  • Saqqalın az çıxması
  • əzələ kütləsinin itirilməsi
  • xroniki piylənmə
  • piylənmə ilə çəki artımı
  • enerji,dözümlülük və gücün azalması
  • yaddaş və diqqətin zəifləməsi
  • düzgün sözləri tapıb danışmaqda çətinlik çəkmək

Qadınlarda:

  • saçların nazikləşməsi
  • dərinin quruması
  • cinsi istəksizlik
  • əzələ kütləsinin azalması
  • çəki artımı ilə izlənən piylənmə
  • əhvalın dəyişməsi( narahatlıq,stressin artması)
  • sümük kütləsinin azalması
  • gücsüzləşmə

Testosteron səviyyəsinin normadan çox olması sperm sayında azalma,xayaların ölçüsünün kiçilməsi, cinsi zəifləmə , sızanaqların çıxması kimi hallara səbəb ola bilər.

Yüksək testosteron səviyyəsi bəzən genetik olsa da ,anabolik steroid istifadəsi,nadir rast gəlinən  böyrəküstü vəz şişləri kimi vəziyyətlər də buna səbəb ola bilər.

Göründüyü kimi testesteron inbalansı orqanizmdə müxtəlif problemlər kimi özünü göstərə bilir. Bəs testosteron səviyyəsinin normal olub olmamasını necə yoxlamalıyıq?

Testosteron səviyyəsinin normal olması həm kişilər həm də qadınlar üçün çox vacibdir çünki,testosteron sağlam metabolizm üçün çox vacib bir hormondur ( buna misal olaraq ,optimal testosteron səviyyəsinin olması orqanizmdə yağların yandırılmasına və əzələ kütləsinin artmasına kömək edir).

Testosteron analizi zamanı qanda testesteronun yaşa uyğun olub olmaması yoxlanılır. Analiz zamanı orqanizmdə olan spesifik markerlər -sərbəst və ya ümumi testesteron yoxlanıla bilər.

Sərbəst və ümumi testosteron

Kişilərdə testosteronun çox hissəsi xayalarda kompleks biokimyəvi reaksiyalar nəticəsində yaranır, hansı ki xolesterini testesterona çevirir. Bundan əlavə az miqdarda testesteron böyrəküstü vəzi tərəfindən ifraz olunur.

Testosteron molekulları birbaşa olaraq qana keçərək orada çox hissəsi başqa molekullarla -cinsi hormonları birləşdirən globulinlə (SHBG) , digər hissəsi isə albuminlə birləşir.

Sərbəst testosteron nədir?

Geriyə qalan testosterionlar – birləşməyən testesteronlar , sərbəst testosteron adlanır, hansı ki digər molekullarla birləşmir. Bu bioloji olaraq istifadə edilə bilən testosteron orqanizm tərəfindən istifadə edilə bilir. Orqanizm sərbəs testosteron molekullarını aktiv şəkildə  ancaq sərbəst olan zaman istifadə edə bilir,hansı ki sərbəst şəkildə hüceyrələrə daxil ola bilir ( digər zülallarla birləşən testosteron molekulları bir çox hüceyrlələr daxil ola bilmir) . Sərbəst testosteron işarət molekulları olaraq hüceyrələrə daxil olaraq metobalizmi və digər hüceyrə funksiyalarını tənzimləyir.  

Ümumi testosteron nədir?

Ümumi testosteron səviyyəsi qanda olan həm birləşmiş həm də sərbəst şəkildə olan testesteronun ümumi miqdarıdır. Beləliklə ümumi testosteron səviyyəsi hər zaman sərbəs testosterondan çox olur.

Ümumi olaraq götürdükdə, qanda SHGB nin yuxarı olması ,sərbəst testesteron miqdarının az olmasına gətirib çıxarır,testosteronun çox hissəsi onunla birləşir və artıq sərbəst şəkildə olmur.

Beləliklə,əgər kişilərdə hipoqonodizm simptomları varsa, ümumi testosteron analizi verilir və o normal səviyyədə olarsa , bu zaman sərbəst testosteronun da ölçülməsi vacibdir. Çünki simptomların yaranmasında sərbəst testosteron miqdarının inbalansı  səbəb ola bilər və ümumi testosteron nəticələrində bunu görməyə bilərik. Bioloji aktiv olaraq istifadə edilə bilən testesteron sərbəst testosterondur.  Buna uyğun olaraq simptomlara səbəb ola biləcək testosteron səviyyəsi sərbəst testosteron səviyyəsidir.

Misal olaraq,artıq çəkili insanlarda insulin rezistentliyi nəticəsində SHGB hormonun azalması ilə qanda total testosteronun miqdarı azala bilər. Buna baxmayaraq sərbəst testosteron qanda normal miqdarda ola bilər.

Sağlam Ailə tibb mərkəzində hər iki forma-sərbəst və ümumi testosteron yoxlanıla bilər.

Analizə gəlmək üçün mütləq ac qarına,səhər saatlarında yaxınlaşmaq lazımdır.
Testosteron totaltestosteron sərbəst  analizləri və digər suallarınızla bağlı, eyni zamanda online qeydiyyatdan keçmək üçün (012) 910 nömrəli Çağrı Mərkəzi və ya (055) 4000 910 nömrəli Whatsapp nömrəmizlə əlaqə saxlaya bilərsiniz.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi