Tibbi məlumatlar

Vaksinasiya sonrası SARS-COV-2 immuniteti

Spayk (S) zülalına qarşı  İgG əkscisimciklərinin qanda təyin olunması, Covid 19 virusuna yaranmış qoruyucu immunitetin varlığını müəyyən etmək üçün istifadə olunur. Bu əkscisimciklər keçirilmiş xəstəlikdən ( simptomsuz olsa belə)  və peyvəndləmədən sonra formalaşır.

Spayk(S) zülalı nədir?

Spayk zülalı SARS-COV-2 virusunun örtük qatını meydana gətirən 4 srtuktur zülaldan (S,E,M və N) biridir. SARS-COV-2 virusuna tacabənzər görünüşü verən də həmin S zülalıdır, hansı ki krioelektron mikroskopda görülə bilir. S zülalının xüsusiyətlərindən biri də virusun hüceyrəyə daxil olmasında rol oynamasıdır ki bu da onu yoluxucu edir.

İnfeksiyanın orqanizmə daxil olması ilə immun sistemimiz spesifik əkscisimlər və ya immunoqlobulinlər istehsal etməyə başlayır. SARS-COV-2 virusunun ən immunogenik zülalları spayk (S) və nukleokapsid (N) zülallarıdır. Bəzi araşdırmalara görə nukleokapsid (N) əkscisimlərinin araşdırılması infeksiyanən erkən mərhələləri üçün daha həssasdır. S əkscisimlərinin təyini isə xəstəlikdən və peyvənddən sonra yaranmış immun cavabın varlığını müəyyənləşdirməyə imkan verir.  

Vaksinasiya sonrası immun cavabın təyini

Vaksinasiya sonrası və əvvəlində immun cavabın yoxlanılması S antigeninə qarşı İgG əkscisminin yoxlanılmasına əsaslanır. İmmun cavabın təyini üçün spayk zülalına qarşı İgG əkscisim analizinin vaksinasiyanın 1-ci mərhələsindən 42 gün keçdikdən sonra verilməsi  məsləhət görülür.

Covid İgG (spayk protein) analizi və digər suallarınızla bağlı, eyni zamanda online qeydiyyatdan keçmək üçün (012) 910 nömrəli Çağrı Mərkəzi və ya (055) 4000 910 nömrəli Whatsapp nömrəmizlə əlaqə saxlaya bilərsiniz.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi