Tibbi məlumatlar

Xolesterin nədir?

Xolesterin mumabənzər, yağ konsistensiyalı , yetərli miqdarı orqanizmimizin sağlamlığı üçün vacib olan bir maddədir.

Xolesterin qanda lipoproteinlər tərəfindən daşınır:

  • Aşağı sıxlıqlı lipoproteinlər (LDL) -pis xolesterin
  • Yüksək sıxlıqlı lipoproteinlırər(HDL) -yaxşı xolesterin

LDL xolesterinin qanda yüksək miqdarda olması, damarlarda ərpin yaranmasına səbəb olur. Hansı ki, infarkt, insult kimi sağlamlığımız üçün ciddi problemlər törədə bilər.

Yaxşı xolesterin olaraq bildiyimiz HDL isə xolesterini qaraciyərə qaytararaq orqanizmdən xaric edilməsində rol oynayır.  Sağlam şəxslərdə HDL xolesterinin miqdarının yüksək olması infarkt və insult riskini azaldır.

Xolesterinin miqdarının yüksək olması adətən həyat tərzimizdə olan qidalanma, hərəkətsizlik kimi  pis vərdişlər, eyni zamanda valideyinlərimizdən keçən genlər səbəbindən olur.

Yüksək xolesterinin səbəbləri:

Sağlam olmayan həyat tərzi

  • Doymuş və trans yağların qida rasionunda çoxluq təşkil etməsi, hansı ki LDL xolesterin miqdarını artırır. Doymuş yağlar heyvani tərkibli yağlar və süd məhsullarının tərkibində olur. Günlük kalorimizin ən çox  10% -i doymuş yağlardan gəlməlidir.
  • Az fiziki aktivlik, TV və komputer qarşısında həddindən artıq vaxt keçirtmək HDL xolesterinin (yaxşı)  miqdarını azaldır.
  • Siqaret çəkmək , xüsusilə qadınlarda HDL xolesterin miqdarını azaldaraq LDL xolesterinin miqdarını artırır.
  • Stress, müəyyən hormonların miqdarını artıraraq orqanizmin daha çox xolesterin ifraz etməsinə səbəb olur.
  • Çox miqdarda spirtli içki içmək ümumi xolesterin miqdarının artmasına səbəb olur

Genetik faktorlar

Bəzi insanlarda LDL xolesterinin miqdarı genlərdə olan mutasiya və dəyişikliklər səbəbindən ola bilir. Hansı ki, valideynlərdən uşaqlara keçə və ailəvi hiperxolesterinemiyanı törədə bilir. Ailə keçmişində yüksək xolesterin olanlarda, LDL xolesterin miqdarını azaltmaq və ya qaraciyərdən xaric edilməsi daha çətin ola bilir.

Xəstəliklər

Bəzi xəstəliklər LDL xolesterin miqdarının artmasına və ya HDL xolesterinin miqdarının azalmasına səbəb ola bilir.

  • Böyrəyin xroniki xəstəlikləri
  • Diabet
  • QİÇS (HİV) infeksiyası
  • Hipotireoidizm
  • Qırmızı qurd eşənəyi
  • Menopauza
  • Artıq çəkili olmaq
  • Polikistik yumurtalıq sindromu
  • Hamiləlik
  • Yuxu apnesi

Dərmanlar

Bəzi dərman maddələri də eyni zamanda yaxşı xolesterinin miqdarını azaldır və ya pis xolesterini artırır

  • Anti retroviral dərmanlar
  • Aritmiya dərmanları
  • Beta blokadorlar
  • Kimoterapiya dərmanları
  • Diuretiklər
  • Steroidlər

Kimlər risk qrupuna daxildir

Yüksək xolesterin üçün risk yaşa, ailə keçmişi, genə və cinsə görə dəyişə bilər

Yaş:

Xolesterinin yüksək miqdarda olması bütün yaşlardan olan insanlara təsir edə bilər, hətta uşaqlara da. Buna baxmayaraq yüksək xolesterin adətən 40-59 yaşlarda aşkar olunur. Biz yaşlandıqca metabolizmimiz də dəyişməyə başlayır. Belə ki qaraciyərimiz LDL xolesterini aşağı yaşlarda olduğu kimi orqanizmdən təmizləyə bilmir. Bu fizioloji(normal) dəyişiklik yaş artdıqca yüksək xolesterin riskini artırır.

Ailə keçmişi və genlər

Ailə üzvlərində adətən oxşar xolesterin səviyyələrinə rast gəlinir. Bu da genlerin xolesterin miqdarındakı rolunu göstərir. 

Cins:

20-39 yaş aralığında , kişilərdə qadınlara nisbətən yüksək xolesterin riski daha çoxdur. Digər yaş aralığında isə qadınlarda xolesterin səviyyəsi kişilərə nisbətən yüksəklik təşkil edir. Qadınlarda adətən HDL yəni yaxşı xolesterin miqdarı yüksək olur.

Qadınlarda menopauza, doğum kontrol dərmanları və hamiləlik kimi hallar yüksək xolesterin riskini artırır.

Diaqnoz və profilaktika

Lipid panel olaraq bilinən Lipid spektri qanda yoxlanılaraq yaxşı və pis xolesterin miqdarını, eyni zamanda ümumi xolesterin miqdarını bilmək mümkündür. Uşaqlıqdan etibarən sağlam həyat tərzi vərdişlərinə uyğunlaşaraq yüksək xolesterin riskinin qarşısı alına bilər.

Lipid spektrində xolesterinlə yanaşı atoregenlik indeksi və triqliseridlər də yoxlanılır.
Analizə yaxınlaşmadan öncə 12-14 saat ərzində ac olmaq , su xaricində heç nə qəbul edilməməsi lazımdır.

Lipid panel analizləri yaşdan, risk faktorlarından və ailə keçmişindən və ya ürək damar xəstəliyi riskindan asılı olaraq müəyyən aralıqlarla verilməlidir.

Ümumi qaydanı aşağıdakı kimi qeyd edə bilərik:

  • 19 yaş və aşağılar. Araşdırma 9-11 yaşlardan etibarən başlamalı, hər 5 ildən bir təkrarlanmalıdır. Ailə keçmişində infarkt və ya insult olanlar 2 yaşdan etibarən skrininqə başlamalıdırlar.
  • 20-65 yaş aralığı. Gənc yetişkinlər hər 5 ildən 1 yoxlanılmalıdır. 45-65 yaş aralığında olan kişilər və 55-65 yaş aralığında olan qadınlar hər 1-2 ildən bir özlərini yüksək xolesterin riskinə qarşı yoxlatmalıdırlar.
  • 65 yaşdan yuxarılar hər il yoxlanılmalıdırlar.

Profilaktika

Ürək sağlamlığı üçün uyğun həyat tərzində yaşamaq yüksək xolesterin riskinin qarşısını almağa kömək edir. Bunlar:

  • Sağlam qidalanma
  • Fiziki aktiv olmaq
  • Artıq çəkidən qaçınmaq
  • Siqareti tərgitmək
  • Stresi kontrol etmək
  • Yetərli miqdarda və  keyfiyyətli yuxu
  • Spirtli içki istifadəsini azaltmaq da yüksək xolesterin riskini azaldır.

Simptom və Ağırlaşmaları

LDL xolesterin yüksəlməsi adətən simptomsuz gedişə sahibdir və bu səbəbdən rutin test olunmadan xolesterin yüksəkliyi haqqında insanların xəbəri olmur. Həddindən artıq yüksəkliyi dəridə yağlı şişkinliklər və ya gözdə bozumtul ağ rəngli ləkələr əmələ gətirə bilər.

Yüksək xolesterin ateroskleroza səbəb ola bilər, hansı ki damar daxilində ərp əmələ gəlməyə başlayır. Zamanla müalicə olunmayan xolesterin aşağıdakı ürək damar problemlərinə səbəb ola bilər:

  • Karotit arteria xəstəliyi
  • İnfarkt
  • Periferik arteriaların zədələnməsi
  • İnsult
  • Ani ürək tutması

Xolesterin analizi və digər suallarınızla bağlı, eyni zamanda online qeydiyyatdan keçmək üçün (012) 910 nömrəli Çağrı Mərkəzi və ya (055) 4000 910 nömrəli Whatsapp nömrəmizlə əlaqə saxlaya bilərsiniz.
Onlayn qeydiyyat üçün http://www.saglamaile.az saytımızın və rəsmi sosial media hesablarımızın ismarıc bölməsindən yazaraq onlayn qeydiyyatdan keçə bilərsiniz.