İnfolab

Yaddaşımızı yoxlayaq! TEST

Komsomolskaya Pravda-ya istinadən yaddaşın gücünü yoxlamaq üçün sadə test təqdim edirik.

Suallar
1. Son günlər ərzində baş verənləri çətinliklə xatırlayırsınız?
2. Kitab oxuyanda (film, verliş izləyəndə) çətinlik çəkirsiniz? Qəhrəmanları, baş verən hadisələri çətinliklə yadınızda saxlayırsınız?
3. Harasa gedəndə birdən nə üçün getdiyinizi unudursunuz?
4. Görüşə getməyi, hər hansı ödənişi etməyi unudursuz?
5. Tez-tez istifadə etdiyiniz telefon nömrələri yadınızdan çıxır?
6. Tez-tez ünsiyyətdə olan insanların ad və ya soyadlarını unudursuz?
7. Tanıdığınız yerdə azırsınız?
8. Hər hansı daim istifadə etdiyiniz vacib əşyanı (telefon, pul qabı, pult və s.) hara qoyduğunuzu unudursuz?
9. Evdən çıxanda qaz, işıq söndürməyi, qapını bağlamağı unudursuz?
10. Bir neçə dəfə eyni hərəkət edir, eyni sözləri deyir və bu ətrafdakıların təəcübünə səbəb olursunuz?
11. Məşhur insanların və ya məkanların adını unudursunuz?
12. Yaddaşınıza etibar etmirsiniz və bir çox şeyləri yadınızdan çıxartmamaq üçün kağızda qeyd edirsiniz?
13. İş prosesinin gedişatını, oyunların qaydalarını və s. çətinliklə yadınızda saxlayırsınız?
14. Əşyalarınızı tez-tez itirirsiniz?
15. İndicə eşitdiyiniz məlumatı dərhal unudursunuz?

Ballarınızı hesablayın
heç vaxt cavabı - 0 bal
çox nadir hallarda cavabı - 1 bal
bəzən cavabı - 2 bal
tez-tez cavabı - 3 bal

Nəticə
7 və bundan az bal - Sizin yaddaşınız əladır.
7-15 bal - Yaddaşınız hələ ki yaxşıdır, lakin zəifləməyə başlayır. Ola bilsin ki, siz az yatırsınız, sağlam qidalanmırsız, az hərəkət edirsiniz və az havada olursunuz.
16 və bundan çox bal - Sizin yaddaşınız xeyli zəifləyib. Mütləq şəkildə nevroloqa müraciət etməlisiniz.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi