Loyallıq kartları

Tibbi kart

Şəxsi istifadə üçün

  • İstifadə müddəti

    Müddətsiz
  • Bonus faizi

    5 - 20%

TİBB KARTI HAQQINDA:

•    Tibb kartı, Sağlam Ailə Tibb Mərkəzləri şəbəkəsində qeydiyyatdan keçən pasiyentlərə məxsus “Tibbi tarixçə” kartıdır.

 

ÜSTÜNLÜKLƏRİ

Kart sahibinə;

•    ildə bir dəfə Qanın kliniki analizi və ya Spermoqramma müayinəsi hədiyyə olunur,

•    doğulduğu ayda “Yaşın qədər endirim” edilir,

•    illik dövriyyədən asılı olaraq, ödədiyi məbləğin 5% - 20%-i bonus kimi Tibb kartına əlavə olunur.

 

İSTİFADƏ QAYDALARI VƏ ŞƏRTLƏR

•    Kart fərdi olduğu üçün başqa şəxs tərəfindən istifadə edilə bilməz.

•    Bonusların aktivləşməsi üçün kart sahibi şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir.

•    Toplanan bonusları CHECK-UP və ya digər tibbi müayinələrdən keçən zaman istifadə etmək mümkündür.

•    Pasiyent xidmətə görə ödənişin bir hissəsini bonuslardan, qalan hissəsini isə əlavə ödənişlə ödəyə bilər.

•    Kartda olan bonus xidmət ödənişindən çox olarsa, bonusların digər hissəsi balansda qalır. Qalan bonusları növbəti dəfə tibbi müayinələrdən keçən zaman istifadə etmək olar.

•    Bonus və hədiyyə analizlərdən yalnız şəxsiyyəti təsdiq edən sənədlə istifadə etmək mümkündür.

•    Kart sahibinin istəyindən asılı olaraq toplanan bonusları birdəfəlik və ya hissə-hissə istifadə etmək olar.

•    Tibb kartı itən zaman kart sahibi şəxsiyyətini təsdiq edən sənədlə Sağlam Ailə Tibb Mərkəzinin filiallarından hər hansı birinə yaxınlaşaraq ödənişli şəkildə kartını bərpa edə bilər.

•    Bərpa edilən yeni kartda kart sahibinin Sağlam Ailə Tibb Mərkəzlərində keçdiyi bütün müayinələrin tibbi tarixçəsi və bonuslar əks olunur.

•    Kartla bağlı dəyişiklik etmə hüququ Sağlam Ailə Tibb Mərkəzləri şəbəkəsinə məxsusdur.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi