Konfranslar

Yoluxucu xəstəliklərin diaqnostikası və müalicəsində müasir yanaşmalar

19 aprel 2007-ci il tarixində “Yoluxucu xəstəliklərin diaqnostikası və müalicəsində müasir yanaşmalar” mövzusunda keçirilmiş konfransda yoluxucu xəstəliklərin diaqnostikası, yayılmasının qarşısını alma üsulları və müalicəsi müzakirə edilib.

Konfransın keçirilməsində əsas məqsəd bu sahədə fəaliyyət göstərən respublikanın nüfuzlu, aparıcı mütəxəssislərini bir araya gətirmək və əldə olunmuş ən son nailiyyətlərin müzakirəsini reallaşdırmaq olmuşdur.

Konfransda çıxış edən Sağlam Ailə Tibb Mərkəzinin direktoru Vüqar Eyvazov yoluxucu xəstəliklərin müalicəsində tətbiq olunan müasir yanaşmalardan bəhs edib.