Konfranslar

Gənclərin Sağlamlıq Forumu

1 dekabr 2014-cü il tarixində Nərimanov Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi, Gənclər üçün Təhsil Mərkəzi və Sağlam Ailə Tibb Mərkəzinin təşkilatçılığı ilə “Gənclərin Sağlamlıq Forumu” keçirilib.

Forumun keçirilməsində əsas məqsəd gənclərin sağlam ruhda inkişafına dəstək olmaq, onların asudə vaxtlarının dəyərləndirilməsi, həmçinin “1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü”nün qeyd edilməsi olub.

Тədbirdə Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Prezident Administrasiyasının İctimai-Siyasi Məsələlər Şöbəsinin məsul işçisi Vüqar Səlimov, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Nazirlər Kabinetinin Hərbi və İnzibati Orqanlarla İş Şöbəsinin müdiri Ceyhun Qurbanov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Natiq Zülfüqarov, Azərbaycan Respublikası Talassemiya Federasiyasının direktoru Nailə Quliyeva, Sağlam Ailə Tibb Mərkəzlərinin direktoru Vüqar Eyvazov və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Rüstəmli, 30 ən fəal gənclər təşkilatlarının rəhbərləri, müstəqil təhsil və səhiyyə ekspertləri, KİV nümayəndələri və Nərimanov rayonunda yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin fəal gəncləri iştirak edib.

Forumun rəsmi hissəsində çıxış edən Sağlam Ailə Tibb Mərkəzinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Nigar Rüstəmli və digər natiqlər gənclərin idmana cəlb edilməsi və sağlam ruhda böyüməsi istiqamətində görülən işlərdən bəhs edib.

Forumun ikinci hissəsində Sağlam Ailə Tibb Mərkəzinin direktoru Vüqar Eyvazov və Azərbaycan Talassemiya Federasiyasının direktoru Nailə Quliyevanın rəhbərliyi ilə gənclər üçün maarifləndirici təlim təşkil olunub. Təlimin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi