Tədbirlər

5-ci Milli Marketinq Forumu

29-30 may 2017-cü il tarixlərində Marketing AIR, Facemark.az və Azərbaycanın ilk onlayn marketinq televiziyası olan Facemark.tv komandası, həmçinin marketinq sferasında çalışan şəxslərin birgə təşkilatçılığı ilə II Milli Marketinq Forumu keçirilib.

Rəqəmsal Marketinq, Maketinq Strategiyası, Tez İstehlak olunan mallar və dağıtım, Marketinq Kommunikasiyaları, , Milli Keyslər, Bloqçuluq və rəy liderliyi kimi panellər üzrə ana istiqamət trendlərlə bağlı 30-dan çox spiker çıxış edib. 

Milli Marketinq Yubiley Forumunda Sağlam Ailə Tibb Mərkəzinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Nigar Rüstəmli “Milli Keyslər” panelində spiker kimi çıxış edib.

 Forumun keçirilməsində məqsəd ölkədə marketinq və biznesə marağın daha da artırılması, yerli şirkətlərin təcrübələrinin paylaşılması üçün ortaq mühitin yaradılmasıdır.