Tədbirlər

“BAŞLAtalk”

3 may 2017-ci il tarixində Sağlam Ailə Tibb Mərkəzinin PR və Marketinq departamentinin rəhbəri Nigar Rüstəmli ASAN Könüllülər mərkəzinin layihəsi olan “BAŞLAtalk” un qonağı olub. O öz çıxışında “Tibbi sahəsində fəaliyyət göstərən bizneslərin PR və marketinq strategiyası”ndan bəhs edib və ictimaiyyətlə əlaqələr sahəsi üzrə maraqlı məqamlara toxunub.

Görüşün sonunda könüllülərin sualları cavablandırılmış və suallarına uyğun müvafiq istiqamətlər verilmişdir.

Qeyd edək ki, “ASAN məktub” layihəsinə dəstək məqsədi ilə yazılmış, Nadir Adilov və Elvin Paşayevin ASAN könüllülərinin fəaliyyəti haqqında sosial-psixoloji tədqiqat əsəri olan “Könülllük:uğur formulu” kitabı və sağlamlığın yoxlanılması üzrə kupon Sağlam Ailə Tibb Mərkəzi tərəfindən tədbirdə iştirak edən könüllülərə hədiyyə olunmuşdur.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi