Tədbirlər

Korporativ Sosial Məsuliyyət: mövcud vəziyyət, problemlər və perspektivlər

3 mart 2015-ci il tarixində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Beynəlxalq Əmək Təşkilatı “Korporativ Sosial Məsuliyyət: mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibi Natəvan Məmmədova, Beynəlxalq Əmək Təşkilatının Transmilli Korporasiyalar və Müəssisələrlə İş Departamentinin rəhbəri xanım Githa Roelans, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin baş məsləhətçisi Fəridə Hacıyeva, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hüquq şöbəsinin müdiri Leyla Acalova, Sağlam Ailə Tibb Mərkəzlərinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Nigar Rüstəmli və yerli sahibkarlar tədbirdə iştirak edib.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Multimilli Müəssisələr və Müəssisə Öhdəliyi Bölməsinin Rəhbəri Qita Rolans “Üç Əsas Xətt – müəssisələrin sabitliyi üzrə uğurlu yanaşma”, “Prosper” şirkətinin direktoru Vüqar Səfərov“Korporativ Sosial Məsuliyyətin nəticəsi olaraq daha yaxşı brend imici və reputasiya”,Turanbank ASC-nin Əməliyyat departamentinin direktoru və idarə heyətinin üzvü Kəmalə MustafayevaKorporativ Sosial Məsuliyyət və müştəri sadiqliyi”,CaspianEventOrganisers MMC-nin icraçı direktor Bəhruz Hidayətzadə “Dayanıqlı inkişaf və korporativ sosial məsuliyyətin inkişafında tədbirlərin rolu”,"Sağlam Ailə" Tibb Mərkəzlərinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Nigar Rüstəmli “Korporativ Sosial Məsuliyyət və İctimai fəallıq“ adlı təqdimatla dəyirmi masa ətrafında çıxış ediblər.