Tədbirlər

II Dünya müharibəsində tarixi qələbənin 71-ci ildönümü

II Dünya müharibəsində faşizm üzərində qələbənin 71-ci ildönümü Nəsimi rayonunda qeyd olunmuşdur. Qələbə günü ilə bağlı rayondakı 1941-1945 abidəsinin yerləşdiyi parkda Nəsimi rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, Sağlam Ailə Tibb Mərkəzinin əməkdaşları və veteranların iştirakı ilə təntənəli tədbir keçirilmişdir.

Müharibə illərində Leninqrad, Moskva, Sevastopol, Odessa, Stalinqrad, Kiyev və digər şəhərlər, Qafqaz uğruda gedən şiddətli döyüşlərdə, partizan əməliyyatlarında, Berlin uğrundakı döyüşlərdə Azərbaycan döyüşçüləri igidlik göstərmişlər. Döyüşlərdə göstərdikləri igidliyə görə minlərlə soydaşımız orden və medallarla təltif olunmuş, 121 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, tank qoşunları General-mayoru Həzi Aslanov isə bu ada iki dəfə qazanmış, 34 nəfər «Şöhrət» ordeninin hər üç dərəcəsinə layiq görülmüşdür.

Azərbaycan xalqı bu gün də öz keçmişi, xüsusi ilə müharibədəki iştirakı dövrü ilə fəxr edir. Müharibə veteranları xalqımızın ən əziz və hörmətli üzvləri olmuşlar. Tədbirdə çıxış edən veteranlar öz xatirələrindən söz açmış, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Rəsmi tədbirdən sonra, Böyük Vətən Müharibəsi veteranları Sağlam Ailə Tibb Mərkəzində USM, EKQ, Nevropatoloq, Terapevt, Otolorinqoloq, Oftalmoloq müayinəsindən keçmişdir.

 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi